Təcili yardım briqadaları “Bakı-2025” əməliyyat-taktiki təliminə cəlb olunub  
11.07.2025 11:37
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində dövlət orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “Bakı-2025” əməliyyat-taktiki təlimi keçirilib.
 
 
Təlimdə bir sıra aidiyyəti dövlət qurumları ilə yanaşı, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi də fəal iştirak edib.
 
Bu məlumat Aztibb.az-a Mərkəzdən verilib.
 
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən təlimə 5 təcili tibbi yardım briqadası cəlb olunub. Briqadalar fövqəladə hallar zamanı yaralıların çeşidlənməsi, onlara zəruri tibbi xidmətin göstərilməsi, vaxtında tibb müəssisələrinə təxliyə olunması və operativ reaksiya bacarıqlarının nümayişi üzrə praktiki fəaliyyətlərə cəlb olunublar.
 
Bu cür təlimlər fövqəladə hallar zamanı operativ cavabvermə imkanlarının artırılması, peşəkar vərdişlərin təkmilləşdirilməsi və müvafiq qurumlar arasında koordinasiyanın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır