Beynimiz xəyalla gerçəyi belə ayırd edirmiş
13.07.2025 16:57

Amerikalı elm adamları müəyyən ediblər ki, beynimiz xəyalla gerçəyi ayırd etmək üçün düşündüyümüz qədər mürəkkəb mexanizmə malik deyil.

 

Aztibb.az xəbər verir ki, ABŞ-da aparılan yeni araşdırmaya görə, beynin bir hissəsindəki aktivlik səviyyəsi, ora çatan siqnalın gücündən asılı olaraq görüntünün gerçək olub-olmadığını hiss etdirir.

Həmin hissəyə "fusiform girus" (beyində temporal və oksipital payların alt səthində yerləşən beyin qırışı) deyilir. Bu bölgə həm gerçək görüntünü gördüyü zaman, həm də onu xəyal etdikdə aktivləşir. Amma əsas fərq ondadır ki, xəyal edəndə bu bölgədəki siqnal zəif, gerçək görəndə isə daha güclü olur. Ona görə beyin  müəyyən bir səviyyədən yüksək siqnalı gerçək kimi qəbul edir. Təcrübələrə 26 nəfər cəlb edilib. Onlardan bəzilərinə ekranda xətlər göstərilib. Bəzilərindən isə bu xətləri xəyal etmələri istənilib.

 

Nəticədə məlum olub ki,  insanlar hansı görüntünü gözləyir və xəyal edirsə, bunu beyin gerçək kimi qəbul edir. Yəni, gözlə görməsə belə, sanki görmüş kimi olur.

 

Alimlər gələcəkdə üzlər, heyvanlar və əşyalar kimi daha mürəkkəb görüntülərlə testlər aparmaq istəyirlər. Onların fikrincə, bu tapıntı xəyalla gerçəyi ayırmağın çox sadə izahını verir və halüsinasiyaların necə yarandığını anlamağa  kömək edə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır