Səhər yeməyindən imtina depressiya və diqqət pozğunluğu riskini artırır
11.07.2025 08:55

Gənclər arasında səhər yeməyinin mütəmadi şəkildə buraxılması depressiya əlamətlərini gücləndirə və diqqət toplama qabiliyyətini azalda bilər.

 

Aztibb.az xəbər verir ki, bu nəticə Honqkonq alimlərinin apardığı və "Frontiers in Psychiatry" jurnalında dərc edilmiş yeni tədqiqatda yer alıb.

 

"Hong Kong Youth Epidemiological Study" adlı layihə çərçivəsində 3154 yeniyetmə və gəncin qidalanma vərdişləri və psixoloji vəziyyəti təhlil edilib. Sorğuda iştirak edənlərin təxminən 15 faizi ümumiyyətlə səhər yeməyi yemədiklərini bildirib, 33 faizi isə hər gün bu vərdişi qoruduqlarını deyib.

 

Məlum olub ki, səhər yeməyindən imtina edən iştirakçılar arasında depressiya və təşviş halları daha çox müşahidə olunur. Həmçinin bu şəxslər sosial münasibətlərdə çətinliklər və təhsil həyatında diqqət pozğunluğu ilə qarşılaşdıqlarını qeyd ediblər.

 

Tədqiqatçılar bu vəziyyəti diqqətin zəifləməsi ilə əlaqələndirirlər. Belə ki, səhər yeməyindən mütəmadi imtina edən iştirakçılarda impulsivlik daha yüksək olub və diqqət toplamaq qabiliyyətində ciddi çatışmazlıqlar qeydə alınıb. Əlavə analizlər göstərib ki, diqqət zəifliyi səhər yeməyindən imtina ilə depressiya simptomlarının artması arasındakı əlaqənin ən azı üçdə birini izah edir.

 

Mütəxəssislər səhər yeməyinin psixi və kognitiv sağlamlıq baxımından əhəmiyyətini vurğulayaraq, gənclərin qidalanma rejiminə xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edirlər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır