Xolesterin səviyyəsinin nəzarətsiz qalması on minlərlə infarkt və insultla nəticələnir
11.07.2025 09:48

 

Yüksək xolesterin səviyyəsinin vaxtında və düzgün müalicə olunmaması on minlərlə insanın həyatı hesabına başa gəlir.

 

Aztibb.az xəbər verir ki, "Journal of General Internal Medicine" elmi jurnalında dərc olunan yeni tədqiqatın nəticələrinə əsasən, bu problem ürək-damar xəstəliklərindən qaynaqlanan infarkt və insult hallarının ciddi artımına səbəb olur.

 

Alimlər bildirirlər ki, əgər yüksək xolesterinlə yaşayan və stantinlər (xolesterini salan preparatlar) kimi dərmanlara hüququ olan şəxslər bu müalicəni vaxtında alsaydılar, 39 min ölümün, təxminən 100 min qeyri-ölümcül infarktın və 65 min insult hadisəsinin qarşısı alına bilərdi.

 

Tədqiqat çərçivəsində 2013–2020-ci illər arasında ABŞ-da aparılan milli səhiyyə sorğularında iştirak etmiş təxminən 5000 yetkin şəxsin ürək-damar riski və xolesterin səviyyəsi təhlil olunub. Məlum olub ki, heç vaxt infarkt və ya insult keçirməmiş şəxslərin 47 faizi stantinlərə ehtiyac duyur, lakin yalnız 23 faizi bu dərmanları həkim təyinatı ilə alıb.

 

Daha kritik göstəricilər isə infarkt və ya insult keçirmiş pasiyentlər arasında müşahidə edilib. Həmin qrupun bütün üzvləri stantinlərlə müalicəyə uyğun hesab edilsə də, yalnız 68 faizi real olaraq belə dərmanlar qəbul edib.

 

Alimlər bu vəziyyəti bir sıra səbəblərlə izah edirlər: həkimlərin hazırlıq səviyyəsində fərqlər, pasiyentlərin fərdi seçimləri, tibbi yardıma çıxışda mövcud maneələr, maliyyə stimullarının yetərsizliyi və klinik tövsiyələrin reallıqda tətbiqində yaranan çətinliklər.

 

Mütəxəssislər hesab edirlər ki, xolesterinlə bağlı məlumatlılığın artırılması və müalicəyə çıxış imkanlarının genişləndirilməsi minlərlə insanın həyatını xilas edə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır