Azərbaycan və Qazaxıstan tibb bacılığı sahəsində əməkdaşlığı genişləndirir
10.07.2025 16:49

Azərbaycan və Qazaxıstan Səhiyyə nazirliklərinin birgə təşkilatçılığı ilə iyulun 10-da tibb bacılığı sahəsində əməkdaşlığa dair onlayn görüş keçirilib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən xəbərə görə, görüş zamanı iki qardaş ölkə arasında tibb bacılarının texniki və peşəkar inkişafı sahəsində qabaqcıl təcrübələrin və ən yaxşı praktikaların mübadiləsi məsələləri müzakirə olunub. Xüsusilə, peşəkar bilik və bacarıqların artırılması, müasir tibb bacısı peşəsinin tələblərinə cavab verən kadrların hazırlanması və onların peşə fəaliyyətində daha yüksək keyfiyyətə nail olunması istiqamətində əməkdaşlığın gücləndirilməsi üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.

 

Eyni zamanda, tərəflər gələcəkdə birgə layihələrin həyata keçirilməsi, müştərək seminar və treninqlərin təşkil olunması, elmi-tədqiqat və mübadilə proqramlarının inkişaf etdirilməsi məsələlərində razılığa gəliblər.

 

Bu əməkdaşlıq hər iki ölkənin səhiyyə sistemlərinin və tibb bacısı peşəsinin inkişafına dəstək verəcək, həmçinin regional və beynəlxalq səviyyədə tibb bacılarının peşəkar səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır