Bexterev xəstəliyi olan pasiyentdə mürəkkəb anesteziya proseduru uğurla icrа olunub
10.07.2025 18:06

Yeni Klinikada ankilozlaşdırıcı spondilit (Bexterev xəstəliyi) diaqnozu ilə müraciət edən və ciddi servikal hərəkətsizlik səbəbilə hava yolunun idarə olunmasında yüksək risk daşıyan pasiyentə ümumi anesteziya öncəsi oyanıq vəziyyətdə transnazal fiberoptik intubasiya uğurla icra edilib.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, ümumi cərrah Möhsüm Əsgərovun rəhbərliyi ilə aparılan öd kisəsinin qapalı (laparoskopik) cərrahi yolla çıxarılması (xolesistektomiya) əməliyyatı zamanı anesteziologiya komandası mürəkkəb klinik vəziyyəti peşəkar şəkildə idarə edib.

 

Qeyd edək ki, ankilozlaşdırıcı spondilit – onurğa və oynaq sistemini təsir edən, servikal hərəkətliliyi ciddi şəkildə məhdudlaşdıran və bu səbəbdən traxeal intubasiya zamanı standart üsulların tətbiqini təhlükəli edən proqressiv revmatoloji xəstəlikdir. Bu kimi hallarda baş-boyun mövqeyinin dəyişdirilməsi mümkün olmadığından, hava yolu idarəsində xüsusi yanaşmalar tələb olunur.

 

Əməliyyatxana bölməsinin müdiri, anestezioloq-reanimatoloq Lalə Əliyeva, pulmonoloq Səidə Mehdiyeva və peşəkar anesteziologiya komandası tərəfindən həyata keçirilən prosedur zamanı pasiyent minimal sedasiya altında saxlanılıb, nazofarengeal, orofarengeal və laringeal sahələrə topikal anesteziya tətbiq olunub. Ardınca fleksibl fiberoptik bronxoskop vasitəsilə traxeaya təhlükəsiz şəkildə endotrakeal boru yerləşdirilərək hava yolu tam nəzarətə götürülüb.

 

Prosedur zamanı hipoksemi, hemodinamik qeyri-sabitlik və digər ağırlaşmalar müşahidə edilməyib.
Həm anesteziya, həm də cərrahi müdaxilə mərhələləri təhlükəsiz şəkildə tamamlanaraq pasiyent uğurla bərpa mərhələsinə keçid edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır