İyirmi yeddi şəhər və rayonda sosial reabilitasiya mərkəzləri fəaliyyətə başlayıb  
10.07.2025 13:53

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əlilliyi olan uşaqlarla bağlı layihəsi çərçivəsində 27 şəhər və rayonda sosial reabilitasiya mərkəzləri fəaliyyətə başlayıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Aztibb.az-a verilən məlumata görə, agentliyin sosial sifarişləri əsasında yaradılan həmin mərkəzlər Ağcabədi, Ağstafa, Balakən, Bərdə, Daşkəsən, Füzuli, Kürdəmir, Gəncə, Göygöl, Qax, Qazax, Qəbələ, Qobustan, Mingəçevir, Naftalan, Oğuz, Sabirabad, Samux, Şabran, Şamaxı, Şəki, Tərtər, Tovuz, Yardımlı, Yevlax, Zaqatala və Zərdab rayonlarını əhatə edir.

 

Yeni fəaliyyətə başlayan mərkəzlərdə əlilliyi olan uşaqlara sosial-psixoloji reabilitasiya və abilitasiya xidmətləri göstərilir. Həmin xidmətlər çərçivəsində uşaqlarla fərdi və qrup şəklində psixoloji məşğələlər keçirilir, həmçinin onların sosial ünsiyyət və özünəqulluq bacarıqları inkişaf etdirilir.

 

Layihənin məqsədi əlilliyi olan uşaqların sosial reabilitasiya xidmətləri ilə əhatə olunaraq, onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir. Layihə çərçivəsində ümumilikdə əlilliyi olan 1400-dək uşağa xidmətlərin göstərilməsi nəzərdə tutulur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır