Az miqdarda qəbul edildikdə belə, emal olunmuş qidalar xroniki xəstəlik riskini artırır 
10.07.2025 10:33

Vaşinqton Universitetinin Sağlamlıq Ölçmələri və Qiymətləndirilməsi İnstitutunun apardığı araşdırma dərin emal olunmuş qidaların, xüsusilə emal edilmiş ət, şirinləşdirilmiş içkilər və trans yağ turşularının normativ hədlərdə belə istehlakının xroniki xəstəlik risklərini artırdığını ortaya qoyub.

 

Aztibb.az medicalxpress.com-a istinadla xəbər verir ki, tədqiqat “Nature Medicine” jurnalında “Emal edilmiş ət, şəkərlə şirinləşdirilmiş içkilər və trans yağ turşularının istehlakı ilə əlaqəli sağlamlıq təsirləri: Sübut yükü araşdırması” başlığı ilə dərc olunub. Tədqiqatçılar metareqressiya metodundan istifadə edərək müxtəlif qida kateqoriyalarının 2-ci tip diabet, ürəyin işemik xəstəliyi (ÜİX) və kolorektal xərçəng riskinə təsirini qiymətləndiriblər. Əldə olunan nəticələrə görə, gündə cəmi 50 qram işlənmiş ət istehlakı diabet riskini 30 faiz, kolorektal xərçəng riskini 26 faiz və ÜİX riskini 15 faiz artırır. Eyni zamanda, gündə 250 qram şəkərlə şirinləşdirilmiş içki qəbul edənlərdə 2-ci tip diabet riski 20 faiz, ÜİX riski isə 7 faiz yüksək qiymətləndirilib. Trans yağ turşuları gündəlik enerji qəbulunun cəmi 1 faizini təşkil etdiyi hallarda belə, ürək-damar xəstəliklərinin nisbi riski 11 faiz artır. Araşdırma nəticələrinə əsasən, risk səviyyəsi qəbul miqdarından asılı olmayaraq davamlı şəkildə yüksəlir və ən ciddi artımlar nisbətən aşağı gündəlik istehlak səviyyələrində müşahidə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır