Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Antidopinq İntizam və Apellyasiya Komitələrinin üzvləri üçün təlim keçirilib
10.07.2025 10:16

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü ilə Antidopinq İntizam Apellyasiya Komitələrinin üzvləri üçün “Nəticələrin emalında xüsusi aspektlər” mövzusunda birgə təlim keçirilib.


Nazirlikdən Aztibb.az-a verilən xəbərə görə, təlim Polşa Antidopinq Agentliyinin (POLADA) direktoru, Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupunun sədri Mixal Rinkovskinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə baş tutub.


Tədbirin əsas məqsədi komitə üzvlərinin Ümumdünya Antidopinq Agentliyinin (WADA) beynəlxalq standartlarının tələbələrinə uyğun olaraq nəticələrin emalı prosesində peşəkar və praktiki biliklərinin artırılması, qərarların qəbulunda prosessual qaydaların düzgün tətbiqi, antidopinq qayda pozuntularına dair icraatlarda ədalətli və şəffaf yanaşmanın təmin edilməsidir.

 

Təlim çərçivəsində iştirakçılar antidopinq qayda pozuntuları üzrə icraat çərçivəsində tətbiq edilməli olan prosessual qaydalar, praktikada tez-tez yol verilən pozuntular, xüsusilə məkan məlumatı pozuntuları, saxtalaşdırma və ya saxtalaşdırmaya cəhd, kontaminasiya halları, məsuliyyəti ağırlaşdıran hallar, idmançının təqsirinin olmadığı və ya təqsirin az əhəmiyyətli olduğu hallar kimi mühüm mövzuları əhatə edən praktiki biliklər əldə ediblər.


Sessiyalar zamanı İdman Arbitraj Məhkəməsinin (CAS) presedent qərarlarına istinad olunmaqla beynəlxalq təcrübəyə əsaslanan hüquqi yanaşmalar geniş şəkildə izah edilib. Həmçinin, Ümumdünya Antidopinq Məcəlləsinə və beynəlxalq standartlara WADA tərəfindən təklif edilən və bu ilin sonunda qəbul edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər barədə də iştirakçılara məlumat verilib.


Məruzəçilər Polşa antidopinq sistemində tətbiq edilən yanaşmaları və real iş təcrübələrini təqdim ediblər. Sessiyalar interaktiv təqdimatlar, canlı müzakirələr və real kazusların təhlili əsasında təşkil olunub.
Təlimin sonunda keçirilən sual-cavab sessiyasında iştirakçılar real hadisələr üzərində praktiki müzakirələr aparmaqla əldə etdikləri bilikləri möhkəmləndiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub