6 yaşa qədər uşaqların təxminən 40–60 faizində fizioloji düzayaqlılıq mövcuddur - Aytən Musayeva
09.07.2025 17:04

Son vaxtlar aparılan tədqiqatlar göstərir ki, 6 yaşa qədər uşaqların təxminən 40–60 faizində fizioloji düzayaqlılıq mövcuddur. Yaş artdıqca həmin faiz azalır və 10 yaşa çatdıqda çoxu tam formalaşmış tağlara malik olur.

 

Atibb/az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevt-reabilitoloqu Aytən Musayeva bildirib.

 

Onun sözlərinə görə, Avropa pediatriya araşdırmasında qeyd olunub ki, çəki artığı olan uşaqlarda düzayaqlılıq daha davamlı olur və bu, ayağa düşən təzyiqin artması ilə əlaqələndirilir. Eyni zamanda, aktiv həyat tərzi keçirən uşaqlarda düzayaqlılığın öz-özünə düzəlmə ehtimalı daha yüksəkdir: “Düzdabanlığın səbəbləri müxtəlif ola bilər. Ən yayılmış forması fizioloji düzayaqlılıqdır, yəni, inkişaf prosesi ilə bağlı olaraq müvəqqətidir. Digər səbəblərə isə genetik meyillilik, əzələ zəifliyi və bağların elastikliyi, sürətli boy artımı, artıq çəki, neyromuskulyar xəstəliklər (serebral iflic və s.), travmalar və ya yanlış ayaqqabı seçimi daxildir. Bəzi hallarda düzayaqlılıq sinir və əzələ sistemi problemlərinə bağlı da inkişaf edə bilər. Bu zaman daha dərin tibbi qiymətləndirmə və çoxşaxəli müdaxilə tələb olunur”.

 

Aytən Musayeva deyib ki, düzdabanlıq ayaq tağının olmaması və ya zəif inkişaf etməsi ilə xarakterizə olunur: “Uşaqlarda həmin vəziyyət olduqca yayğındır və adətən fizioloji, yəni normal inkişafın bir hissəsi kimi qiymətləndirilir. Əksər hallarda 5 yaşadək uşaqlarda düz ayaq müşahidə olunur. Həmin yaş dövründə ayaq əzələləri və bağ toxumaları hələ tam formalaşmadığı üçün tağ görünməyə bilər. Bu, böyüdükcə, xüsusilə 6–7 yaşda təbii şəkildə düzəlir. Lakin bəzi hallarda düzayaqlılıq patoloji xarakter daşıya və uşağın gündəlik fəaliyyətinə mənfi təsir göstərə bilər. Əgər uşaqda ayaqlarda və ya topuqda ağrı, qısa müddətdə yorğunluq, balanssızlıq və tez-tez yıxılma, ayaqqabının qeyri-bərabər aşınması müşahidə olunursa, bu zaman ortopedik qiymətləndirmə vacibdir”.

 

Həkim qeyd edib ki, ortopedik içliklər, ayaq əzələlərini gücləndirən məşqlər və ayaqyalın gəzinti kimi konservativ müalicə üsulları vəziyyəti yüngülləşdirməyə kömək edə bilər: “Ciddi və ağrılı hallarda isə fizioterapiya və nadir hallarda cərrahi müdaxilə tələb olunur. Mütəxəssislər vurğulayırlar ki, simptom olmayan düzayaqlılıq çox zaman müdaxiləyə ehtiyac duymur və sadəcə, müşahidə etmək kifayətdir. Amma ağrı və diskomfort varsa, erkən müdaxilə uşağın gələcəkdə daha ciddi ortopedik problemlərlə üzləşməsinin qarşısını ala bilər”.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu