Yeni Klinikanın Yeni Robotik Reabilitasiya Mərkəzi “Storz Medical” tərəfindən Azərbaycanda rəsmi referans mərkəzi statusunu aldı
09.07.2025 16:48
Yeni Klinikada fəaliyyət göstərən Yeni Robotik Reabilitasiya Mərkəzi dünya üzrə tibbi texnologiyalar sahəsində tanınmış İsveçrə şirkəti “Storz Medical” tərəfindən Azərbaycan Respublikasında rəsmi referans mərkəz olaraq sertifikatlaşdırılıb.
Klinikadan Aztibb.az-a bildirilib ki, Yeni Robotik Reabilitasiya Mərkəzi referans mərkəz statusu çərçivəsində, “Modylıth Slx F-2”, “Neurolıth Duolıth” və “Magnetolıth” cihazlar üzrə peşəkar klinik qiymətləndirmə və tətbiq təcrübəsi təqdim edəcək.
Bu status, həmçinin qlobal tibb ictimaiyyəti ilə əhəmiyyətli klinik nəticələrin paylaşılmasına, qabaqcıl tibbi texnologiyalar mövzusunda beynəlxalq konfrans və təlimlərin təşkilinə həmçinin reabilitasiya və şok dalğa terapiyasının inkişafına töhfə verəcək elmi araşdırmaların həyata keçirilməsinə şərait yaradır. Bununla yanaşı, müraciətlər əsasında digər ölkələrin mütəxəssislərinə təlimlərin keçirilməsi və onların beynəlxalq standartlara uyğun sertifikatla təmin olunması da mümkün olacaq.
Referans xəstəxana statusu çərçivəsində Yeni Klinikanın peşəkar heyəti “Storz Medıcal” avadanlıqlarının klinik qiymətləndirilməsi və tətbiqi sahəsində ekspert qismində çıxış edəcək ki, bu da Azərbaycanın reabilitasiya sahəsində beynəlxalq miqyasda tanınmasına və mövqeyinin güclənməsinə mühüm töhfə verəcək.
Qeyd edək ki, TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Dr. Pərvin Əkbərov, dünya miqyasında sahəsi üzrə ekspert olaraq təyin edilib. Bu da mərkəzin reabilitasiya tibbində innovasiya və mükəmməlliyə sadiqliyi daha da gücləndir. Belə ki, Dr. Pərvin Əkbərovun rəhbərliyi ilə müraciət edən ölkələrin mütəxəssislərinə yüksək səviyyəli təlimlərin keçirilməsi və beynəlxalq səviyyədə tanınan sertifikatların təqdim edilməsi imkanı daha da genişlənəcək.
Məlumat üçün bildirək ki, 1987-ci ildə təsis olunan “Storz Medical” innovativ şok dalğa texnologiyası üzrə dünyanın aparıcı tibbi cihaz istehsalçılarından biridir. Şirkətin əsas məqsədi – elmi nailiyyətləri qabaqcıl texnologiyalarla birləşdirərək pasiyentlərin sağlamlığını və həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Hazırladığı cihazlar urologiya, ortopediya, nevrologiya, kardiologiya və dermatologiya sahələrində geniş tətbiq olunur.
Bu bölməyə aid digər xəbərlər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

