Kürdəmir regional "ASAN xidmət" mərkəzində Qanalma Məntəqəsi istifadəyə verilib
09.07.2025 15:17

Referans Medical Group və “ASAN xidmət” arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən ilk dəfə olaraq Kürdəmir regional "ASAN xidmət" mərkəzində Qanalma Məntəqəsi istifadəyə verilib.

 

Bu barədə Aztibb.az-a Referans Medical Group-dan məlumat verilib.

 

Bildirilib ki, Kürdəmir regional "ASAN xidmət" mərkəzində yerləşən bu məntəqə “ASAN xidmət” mərkəzləri daxilində bu formatda qurulan ilk tibbi xidmət nöqtəsidir.

 

Artıq Kürdəmir sakinləri “ASAN xidmət”ə gələn zaman laborator analizlər üçün müraciət etmək imkanına da sahibdirlər. Bu layihə vətəndaş rahatlığını ön planda tutaraq, səhiyyə xidmətlərinə çıxışı daha əlçatan və operativ edir.

 

Referans Kürdəmir Səyyar Qanalma Məntəqəsinin iş qrafiki:
Bazar ertəsi - şənbə: 09:00 -17:00
Qan analizlərinin qəbulu: 09:00 -17:00
Digər biomaterialların qəbulu: 09:00 -14:00

 

Ünvan: Kürdəmir rayonu, Şıxımlı kəndi
Çağrı Mərkəzi: *0033

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır