ATU-nun əməkdaşları beynəlxalq elmi tədbirdə Azərbaycanı uğurla təmsil ediblər
09.07.2025 11:41

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Epilepsiya Əleyhinə Beynəlxalq Liqa (ILAE) və  Epilepsiya Əleyhinə Beynəlxalq Liqasının Azərbaycan bölməsinin birgə təşkilatçılığı ilə Epileptologiya üzrə 11-ci Birləşdirilmiş Miqrasiya Qafqaz Kursu (11th Caucasian Migrating Course in Clinical Epileptology – CMCCE) keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, kursun əsas mövzusu epilepsiyanın diaqnostika və müalicəsində müasir yanaşmalar və beynəlxalq təcrübələrin mübadiləsi olub.

 

Bu nüfuzlu beynəlxalq tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) nevrologiya kafedrasının əməkdaşları fəal iştirak ediblər. Kafedranın müdiri, professor Aytən Məmmədbəyli,  Nailə Abbasova,  Sona Əliyeva, Şəhla Məlikova, Aygün Musayeva, Samirə İsmayılova və Mədinə Tağıyeva kurs çərçivəsində iştirak  edərək ölkəmizi layiqincə təmsil ediblər.

 

Tədbirdə dünyanın müxtəlif ölkələrindən tanınmış nevroloqlar, epileptologiya üzrə ixtisaslaşmış mütəxəssislər, eləcə də tədqiqatçılar iştirak ediblər. ATU nümayəndələri təqdim etdikləri elmi məruzələr və klinik təcrübəyə əsaslanan çıxışları ilə beynəlxalq həmkarlarının marağına səbəb olublar. Onlar müasir nevroloji yanaşmalar, innovativ diaqnostik metodlar və fərdi müalicə strategiyaları barədə fikir və bilik mübadiləsi aparıblar.

 

Qeyd edək ki, belə tədbirlər təkcə elmi yeniliklərin müzakirəsi deyil, həm də beynəlxalq əməkdaşlığın gücləndirilməsi, gənc mütəxəssislərin inkişafı və tibb sahəsində qabaqcıl təcrübələrin ölkəmizə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub