KTM-də yaşlı şəxs üzərində sidik kisəsi törəməsi əməliyyatı uğurla icra olunub
09.07.2025 10:37

59 yaşlı vətəndaş 07.07.2025-ci il tarixində makrohematuriya (gözlə görünən qanlı sidik) və sidik kisəsi törəməsi diaqnozları ilə Kliniki Tibbi Mərkəzə (KTM) qəbul olunub.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, aparılan müayinələr zamanı sidik kisəsində törəmə (polip) aşkarlanıb və xəstəyə endoskopik üsulla TUR-B (sidik kisəsi törəməsinin transuretral rezeksiyası) əməliyyatı təyin olunub.

 

Əməliyyat həkim-uroloq Araz İbrahimov tərəfindən, Urologiya şöbəsinin həkim-rezidentləri Elgün Məmmədov və Rəşid Novruzovun iştirakı ilə icra olunub. Sidik kanalından xüsusi cihazla daxil olunaraq törəmə tam şəkildə çıxarılıb.

 

Uğurlu əməliyyat və müalicə prosedurlarından sonra xəstənin vəziyyəti stabilləşib və qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır