Dəridə baş verən dəyişikliklər qaraciyər xəstəliklərinin əlaməti ola bilər
09.07.2025 09:43
Qaraciyər həzm üçün lazım olan öd istehsal edən, qanı toksinlərdən və digər zərərli maddələrdən təmizləyən, xolesterin, bilirubin və öd turşularının sintezində iştirak edən, həmçinin qlükoza və bəzi vitaminlər üçün anbar rolunu oynayan mühüm orqandır.
 
Bu barədə Aztibb.az-a Diaqnoz Tibb Mərkəzində Baş həkimin müalicə işləri üzrə müavini, terapevt-hepatoloq Tofiq Əkbərov məlumat verib.
 
Onun sözlərinə görə, qaraciyər öz funksiyalarını itirdikdə və yerinə yetirə bilmədikdə meydana gələn simptomları aşağıdakı kimi sıralamaq olar:
Gözdə və dəridə saralma
Qarında şişkinlik və ağrı hissi
Ayaqlarda və topuqlarda ödəm
Dəridə ümumi qaşınma
Tünd sidik
Solğun nəcis rəngi
Nəcisdə qan
Xroniki yorğunluq
Ürəkbulanma və qusma
Sürətli çəki itkisi
 
Tofiq Əkbərov qeyd edib ki, əgər insan özündə bu oxşar əlamətləri hiss edirsə, tez bir zamanda həkimə müraciət etməlidir. Çünki, müalicəyə nə qədər gec başlansa, bir o qədər uzun və çətin olacaq.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır