Bitki mənşəli mikroskopik daşlar diş minasının zədələnməsinə səbəb ola bilər
13.07.2025 14:07

Yeni araşdırma göstərir ki, sağlam hesab edilən tərəvəzlərin tərkibindəki fitolitlər diş minasının daimi aşınmasına səbəb ola bilər.

 

Aztibb.az www.newsweek.com-a istinadla xəbər verir ki, diş minası insan orqanizmindəki ən sərt bioloji maddə hesab olunsa da son araşdırmalar onun bəzi bitki mənşəli qidaların tərkibindəki mikroskopik hissəciklər qarşısında zəif olduğunu göstərib. Beynəlxalq tədqiqatçılar qrupu “Journal of the Royal Society Interface” jurnalında dərc edilən eksperimental tədqiqatlarında bitkilərdə təbii olaraq yaranan fitolit adlanan mikroskopik silisium hissəciklərinin diş minasına qalıcı təsir göstərə bildiyini sübut edib.

 

Fitolitlər bitkilər torpaqdan həll olunmuş silisium dioksidi mənimsədikdə və bu maddə damar sistemi vasitəsilə toxumalarda yığıldıqda əmələ gəlir. Bu hissəciklər xüsusilə kök, yarpaq və gövdə kimi hissələrdə rast gəlinir və adətən bitkiyə struktur dayanıqlığı təmin edir. Sağlam pəhrizin ayrılmaz hissəsi olan bu bitkilərin dişlər üçün bu cür aşındırıcı təsiri daha əvvəl də fərziyyə kimi irəli sürülmüş, lakin nəticələr ziddiyyətli olmuşdu. Tədqiqatçılar bu qeyri-müəyyənliyi aradan qaldırmaq məqsədilə buğda gövdəsi və yarpaqlarından əldə olunan fitolitlərlə zəngin süni yarpaqlar hazırlayıblar. Bu yarpaqların çeynəmə zamanı fitolit-mina qarşılıqlı təsirini simulyasiya etmək üçün onlar diş həkimlərindən toplanmış sağlam insan müdriklik dişi nümunələrindən və çeynəmə hərəkətini təqlid edən cihazlardan istifadə ediblər. Yüksək ayırdetməli mikroskopiya və spektroskopiya üsulları ilə aparılan analizlər göstərib ki, təkrar təmas nəticəsində fitolitlərin özləri parçalanır, lakin diş minası üzərindəki aşınmanı daha da gücləndirir. Ən maraqlı nəticələrdən biri isə minasının klassik qırılma deyil, kvazi-plastik deformasiya nəticəsində zədələnməsi olub. Yəni, mina materialı öz mikroskopik struktur zəiflikləri səbəbindən daimi deformasiyaya məruz qalır və bu, mineral itkisinə səbəb olur.

 

Tədqiqat müəllifləri bildirirlər ki, bu yeni anlayış təkcə dişlərin qorunması ilə bağlı deyil, həm də qədim insan və heyvanların pəhriz tərzlərini, davranışlarını və ətraf mühitlə qarşılıqlı əlaqələrini daha yaxşı anlamaq üçün faydalı ola bilər. Bu kontekstdə fiziki və həyat elmləri arasında fənlərarası əməkdaşlığın gücləndirilməsi vacib əhəmiyyət daşıyır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır