Mama-ginekoloq Nurtən Abdullayeva - Peşəkar həkimlərimizi tanıyaq!
12.07.2025 09:24
Həkim-ginekoloqlar qadın həyatının müxtəlif dövrlərində qadın sağlamlığının qorunması məsələləri ilə məşğul olan dəyərli və peşəkar insanlardır.
 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında təqdim edəcəyimiz həmin insanlardan biri də Respublika Klinik Xəstəxanasının mama-ginekoloqu Nurtən Abdullayevadır.
 
O, 2001-2007-ci illərdə Odlar Yurdu Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2007-2008-ci illərdə Elmi Cərrahiyyə Mərkəzində internatura keçib.
 
2008-2009-cu illərdə Ə.Əliyev Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda mama-ginekoloq ixtisası üzrə kurs keçib.
 
Nurtən Abdullayeva 2009-cu ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Mamalıq və Ginekologiya kafedrasının assistenti vəzifəsində çalışır.
2021-2023-cü illərdə German Hospitalında mama-ginekoloq işləyib. 2023-cü ildən Respublika Klinik Xəstəxanasında həkim mama-ginekoloq kimi fəaliyyət göstərir.
 
O, 2017-ci ildə İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsində staj keçib.
 
2018-ci ildə Çin Xalq Respublikasında ana və uşaq sağlamlığının mühafizəsi barədə təlimdə, həmçinin 2020-ci ildə Ege Universitetində COVID-19 pandemiyası təlimində iştirak edib.
 
Bir çox yerli və beynəlxalq konfranslarda iştirakçı və məruzəçi kimi çıxış edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır