Səhiyyə naziri institutun yeni rektorunu kollektivə təqdim edib
08.07.2025 12:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 7 iyul tarixli Sərəncamına əsasən, Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.

 

İyulun 8-də səhiyyə naziri Teymur Musayev Nazim Pənahovu institutun kollektivinə təqdim edib.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, tədbirdə çıxış edən nazir dövlət başçısının imzaladığı sərəncamı diqqətə çatdıraraq, Nazim Pənahovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir qeyd edib ki, Nazim Pənahov müxtəlif məsul vəzifələrdə çalışıb, o cümlədən bu təyinatadək Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru olub.

 

Teymur Musayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə səhiyyə sahəsində uğurla həyata keçirilən islahatlardan danışaraq, bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icrasında yeni rektora və institutun kollektivinə uğurlar arzulayıb.

 

Təqdimat mərasimində çıxış edən Nazim Pənahov ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. O vurğulayıb ki, gələcək fəaliyyətində dövlətçilik dəyərləri, yüksək peşəkarlıq, şəffaflıq və ədalət prinsipləri əsas prioritet olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır