B6 vitamini nə üçün lazımlıdır?  
12.07.2025 10:49
B6 vitamini bədənimiz üçün vacib olan suda həll olunan bir vitamindir. Bu vitamin metabolizmdən tutmuş sinir sistemi fəaliyyətinə, qırmızı qan hüceyrələrinin yaranmasından immunitetə qədər bir çox həyati funksiyada iştirak edir.
 
Aztibb.az xəbər veir ki, B6 vitamini qidaları enerjiya çevirən fermentlərin işləməsi üçün vacibdir. Əsasən zülal metabolizmasında aktiv rol oynayır.
 
B6 sinir impulslarının ötürülməsi üçün lazımlı olan neyrotransmitterlərin (məsələn, serotonin və dopamin) sintezində iştirak edir. Əhval-ruhiyyəni tənzimləyir, stress və əsəbiliklə mübarizədə faydalıdır.
 
Bu vitamin hemoqlobin istehsalında iştirak edir. Qırmızı qan hüceyrələrinin sağlam şəkildə yaranmasına kömək edir.
Bundan başqa, B6 ağ qan hüceyrələrinin (limfositlər) düzgün işləməsinə kömək edir. Orqanizmi infeksiyalara qarşı müdafiə edir. Homosistein adlı amin turşusunun yüksəlməsi ürək xəstəlikləri riskini artırır. B6 vitamini onun səviyyəsini aşağı salaraq damarları qoruyur. Dölün beyin və sinir sistemi inkişafı üçün mühüm rol oynayır. Hamiləlikdə B6 çatışmazlığı bulantı və qusma riskini artırır.
 
B6 vitamini çatışmazlığı zamanı nə ola bilər?
– Əsəbilik, yuxusuzluq;
– Dəri quruluğu və çatlamalar (xüsusilə dodaq kənarında);
– Əzələ zəifliyi, yorğunluq;
– Qanazlığı (anemiya);
– Qidalanma pozğunluqları və depressiya.
 
B6 vitamini ət, toyuq, balıq, banan, qoz, fındıq, kartof, tam taxlalılar, yumurta, süd məhsulları, ispanaq və digər yaşıl tərəvəzlərdə var.
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır