Abşeron RMX-nın direktoru tibb müəssisəsində müalicə alan Vətən müharibəsi qazilərini ziyarət edib
07.07.2025 19:29

Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova və baş həkim Fərrux Sədirov tibb müəssisəsində stasionar müalicə alan xəstələrlə yanaşı, burada müalicə olunan Vətən müharibəsi qazilərini də ziyarət ediblər.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, ziyarət çərçivəsində xəstələrlə fərdi söhbətlər aparılıb, onların səhhəti, göstərilən tibbi xidmətin keyfiyyəti və ümumi şəraitlə bağlı fikirləri dinlənilib. Qazilərlə keçirilən görüşdə isə onların hər birinə xüsusi diqqət və həssaslıqla yanaşılıb, göstərilən tibbi və psixoloji dəstək imkanları barədə məlumat verilib.

 

Xəstələr və qazilər yaradılmış yüksək səviyyəli şəraitə, peşəkar tibbi personalın xidmətinə görə başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla, TƏBİB-ə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, eləcə də xəstəxana rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin ölkədə həyata keçirilən uğurlu səhiyyə islahatları və əhaliyə göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər.

 

Ziyarətin sonunda xəstəxana rəhbərliyi tərəfindən vətəndaşlara sağlamlıqlarının tezliklə bərpa olunması arzulanıb və tibbi heyətə yüksək səviyyəli xidmətin davam etdirilməsi ilə bağlı tövsiyələr verilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır