Osteoporozun müayinə və stasionar müalicəsi icbari tibbi sığortaya daxildir
07.07.2025 11:16

Osteoporoz sümük strukturunun pozulması ilə müşayiət olunan proqressivləşən, metabolik sümük xəstəliyidir. Bu xəstəlik sümük kütləsinin və möhkəmliyinin azalması, kövrəkliyinin artması ilə xarakterizə edilir. Xəstəlik əksər halda simptomsuz olur və tez-tez yalnız mil sümüyü, bud sümüyü boynunun və ya fəqərə cisimlərinin kompression sınıqlarından sonra aşkarlanır. Sümüklərin sağlamlığını qorumaq və osteoporozun fəsadlarının qarşısını almaq üçün xəstəliyin erkən diaqnostikası ilə yanaşı, səbəbinin müəyyənləşdirilməsi və müalicəsi böyük əhəmiyyət kəsb edir. Osteoporozun diaqnostika və stasionar müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınıb.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) Aztibb.az-a verilən məlumata görə, osteoporozun vaxtında diaqnostika və müalicəsi sümüklərin kövrəkləşməsinin qarşısını almaq, sınıq riskini azaltmaq üçün vacibdir. Diaqnostika üçün qanda kalsium, fosfor, D3 vitamini, parathormonun səviyyəsi təyin olunur, rentgen müayinəsi, sümüklərin mineral sıxlığının ölçülməsi üçün densitometriya, kompüter tomoqrafiyası (KT) kimi müayinə üsullarından istifadə edilir.

 

Osteoporozun müalicəsi zamanı kalsium və D vitamini preparatlarının istifadəsi, fizioterapiya və lazım gəldikdə cərrahi müdaxilələr tətbiq olunur. Tibbi göstərişə əsasən cərrahi əməliyyatlar da daxil olmaqla, xəstəliyin müayinə və stasionar terapevtik müalicəsi icbari tibbi sığorta vəsaiti hesabına qarşılanır.

 

Bu tibbi xidmətlər ixtisaslı həkim təyinatı əsasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra edilir.

 

Osteoporoz xəstəliyi əsasən yaşı 50-dən yuxarı insanlarda müşahidə olunur. Ancaq metabolizmin pozulması, qalxanabənzər və qalxanabənzər ətraf vəzilərin funksiyalarının pozulması zamanı gənc yaşda olan insanlarda da bu xəstəliyə rast gəlinə bilər.

 

Xəstəliyin risk faktorlarına genetik meyillilik, valideynlərdən birində osteoporoz səbəbi ilə bud-çanaq sınığının olması, qadınlarda menopauzadan sonra hormonal dəyişikliklər, amenoreya (menstruasiyanın uzun müddət olmaması) və kişilərdə testosteron çatışmazlığı daxildir.

 

Eyni zamanda, aşağı çəki, anoreksiya, qida rasionunda kalsium, fosfor, maqnezium və D vitamininin kifayət qədər qəbul edilməməsi, həzm pozğunluqları, revmatoid artrit, xroniki obstruktiv ağciyər xəstəliyi, böyrək çatışmazlığı kimi xroniki xəstəliklər də risk yaradır.

 

Bundan əlavə, bəzi dərmanların (artrit və astma kimi xəstəliklərin müalicəsi üçün uzunmüddətli steroid, qıcolma əleyhinə və digər preparatların) qəbulu alkoqollu içkilərin və tütün məhsullarının həddindən artıq istifadəsi osteoporoz riskini artıran digər mühüm amillərdəndir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır