Naxçıvanda könüllü qanvermə aksiyası: 336 nəfərdən qan nümunəsi götürülüb
07.07.2025 11:24
Naxçıvan Muxtar Respublikasında Aşura Günü münasibətilə könüllü qanvermə aksiyası keçirilib.
 
Naxçıvan MR Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, aksiya çərçivəsində Naxçıvan şəhərində yerləşən Heydər Məscidi, Sarvanlar və Pirqəmiş məscidləri ilə yanaşı, muxtar respublikanın rayonlarında da qanvermə tədbirləri həyata keçirilib.
 
Qan donorluğunun təşviqi və ehtiyacı olan xəstələr üçün qan ehtiyatlarının artırılması məqsədi daşıyan aksiya zamanı ümumilikdə 336 nəfərdən qan nümunəsi götürülüb, 168 litr qan tədarük olunub.
 
Aksiyanın təşkilində məqsəd dini və insani dəyərlərin vəhdətini nümayiş etdirmək, eyni zamanda tibb müəssisələrinin qan ehtiyatlarını təkmilləşdirmək olmuşdur. Qanvermə aksiyasına fəal şəkildə qatılan vətəndaşlara təşəkkür bildirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır