Şokoladı bu saatda yesəniz...
12.07.2025 09:18

Ürəyimiz şirniyyat istəyəndə ağlımıza ilk olaraq şokolad gəlir, ancaq çəki artımına səbəb olacağını düşündüyümüzdən özümüzü saxlamağa çalışırıq.

 

Aztibb.az xəbər verir ki, son araşdırma şokoladı müəyyən saatda yeməyin faydalı olduğunu, hətta arıqlamağa da kömək etdiyini ortaya çıxarıb.

 

Harvard Tibb Məktəbinin alimləri tərəfindən aparılan yeni araşdırmaya görə, müəyyən bir zamanda yeyilən südlü şokolad yağ yandırılmasını dəstəkləyə bilər. Lakin tədqiqatçılar vurğulayırlar ki, bu təsir yalnız konkret saat aralığında özünü göstərir. "FASEB Journal"da dərc olunan araşdırmada tədqiqatçılar 45 yaşdan yuxarı qadınlarla təcrübə aparıblar. İştirakçılara səhər oyandıqdan bir saat sonra və gecə yatmazdan bir saat əvvəl 100 qram südlü şokolad verilib. Tədqiqatın nəticələri şokolad yeməyənlərlə müqayisə edilib. Həm səhər, həm də axşam şokolad qəbul edən qruplarda çəki artımı müşahidə olunmayıb. Üstəlik, səhər şokolad yeyən qadınların bədən yağ nisbətlərində və qan şəkəri səviyyələrində azalma qeydə alınıb. Məlum olub ki, səhərlər şokolad yemək gün ərzində ümumi kalori qəbulunu 16 faiz azaldır. Tədqiqatçılar bildiriblər ki, bu zaman enerji qəbulu yüksəlsə də, şokoladdan istifadə edənlərin iştahının azalması çəki artımının qarşısını alır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır