Velosiped sürmək bu xəstəlikdən qoruyurmuş
13.07.2025 12:17

Çinin Huazhong Elm və Texnologiya Universiteti ilə Sidney Universitetində aparılan araşdırma zamanı məlum olub ki, velosiped sürmək demensiya riskini azaldır.

 

Aztibb.az xəbər verir ki, "JAMA Network Open" jurnalında dərc edilən tədqiqatın nəticələrinə görə, velosiped sürmək beynin yaddaş funksiyaları ilə əlaqəli hissəsini qoruyur.

 

Tədqiqat çərçivəsində 50-60 yaş arası yarım milyona yaxın insanın sağlamlıq qeydləri araşdırılıb və onlar 3 qrupa ayrılıb: hərəkətsiz olanlar (avtomobil və ictimai nəqliyyatdan istifadə edənlər); yürüş edənlər; velosipeddən istifadə edənlər. Təhlillər göstərib ki, qeyri-aktiv olanlarla müqayisədə velosiped sürənlərin bütün səbəblərdən yaranan demans riski 19, Alzheymer xəstəliyi riski isə 22 faiz daha azdır.

 

Qeyd edək ki, demensiya beyin funksiyalarının tədricən zəifləməsi ilə xarakterizə olunan neyrodegenerativ xəstəlikdir. Ağıl zəifliyi, yaddaş itkisi, düşünmə və davranış pozğunluqları ilə müşayiət olunur.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır