Qanda natrium səviyyəsinin iynəsiz ölçülməsi üçün yeni texnologiya hazırlanıb  
07.07.2025 11:48

Tianjin Universitetinin tədqiqatçıları natrium səviyyələrinin iynə və ya qan nümunəsi olmadan uzunmüddətli və dəqiq monitorinqini mümkün edən yeni qeyri-invaziv texnologiya təqdim ediblər. Tədqiqatçılar terahertz (THz) radiasiyasını və optoakustik (OA) aşkarlamanı birləşdirərək, qandakı natriumun real vaxtda ölçülməsinə imkan verən multispektral terahertz optoakustik sistem inkişaf etdiriblər.

 

Aztibb.az www.sciencedaily.com-a istinadla xəbər verir ki, yeni texnologiya ənənəvi üsulları məhdudlaşdıran əsas problemlərdən biri - terahertz radiasiyasının suda güclü şəkildə udulması çətinliyini effektiv şəkildə aradan qaldırır. Nəticədə, bu metod canlı orqanizmlərdə suyun yaratdığı siqnal müdaxiləsini minimallaşdıraraq natrium ionlarının in vivo aşkarlanmasına imkan verir. Bu yanaşma təkcə qan natrium səviyyələrinin qeyri-invaziv diaqnostikasını deyil, həm də müxtəlif biomolekulların (məsələn, şəkərlər, zülallar və fermentlər) identifikasiyasını təmin etmək potensialına malikdir.

 

Tədqiqat “Optica Publishing Group”un “Optica” adlı qabaqcıl elmi jurnalında dərc olunub. Burada sistemin siçanlar və insan könüllülər üzərində sınaqları təsvir olunur. Siçanlarda aparılan təcrübələrdə texnologiya 30 dəqiqədən artıq müddət ərzində milli saniyəlik zaman dəqiqliyi ilə natrium səviyyələrindəki dəyişiklikləri ölçə bilib. Ölçmələr dəri səthinin 8°C-ə qədər soyudulması ilə aparılıb ki, bu da sudan gələn fon siqnallarının zəiflədilməsinə kömək edib. İnsan qan nümunələri və sağlam könüllülər üzərində aparılan ilkin sınaqlar da texnologiyanın effektivliyini təsdiqləyib. Sistem natrium səviyyələrindəki fərqləri qeyri-invaziv şəkildə ayırd edə bilib və siqnalın gücünün dərialtı qan axını ilə mütənasib olduğunu nümayiş etdirib. Bu nəticələr sistemin real vaxt monitorinqi üçün praktiki tətbiq potensialını göstərir.

 

Bu yenilik biotibbi diaqnostikada terahertz texnologiyasının praktik tətbiqi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır