Qubada qanvermə aksiyası keçirilib  
07.07.2025 10:13
Quba Rayon İcra Hakimiyyəti və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə yardım məqsədilə Mərkəzi Qan Bankının Quba bölməsində qanvermə aksiyası keçirilib.
 
Quba Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a bildirilib ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba RMX-nın direktoru Əliyar Sərvərov, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərliyi və əməkdaşları, din xadimləri, rayonda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatların kollektivləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri qanvermə aksiyasında fəal iştirak ediblər.
 
Gün ərzində davam edən aksiyada onlarla donor qan verərək talassemiyalı və hemofiliyalı uşaqlar başda olmaqla, ehtiyacı olanların həyatına ümid olublar.
 
Aksiyanın məqsədi daimi qan ehtiyatlarının yaradılması və həyat üçün vacib ehtiyacı olanlara yardım göstərməkdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır