Əlilliyi olan şəxslər üçün ilk dəfə veloreabilitasiya layihəsinə başlanılır  
07.07.2025 09:52

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi olan şəxslər üçün ilk dəfə olaraq yeni veloreabilitasiya layihəsinə başlayır.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Aztibb.az-a verilən məlumata görə, layihənin məqsədi əlilliyi olan şəxslərin asudə vaxtlarının səmərəli təşkili, idmana, o cümlədən paravelosiped idman növünə marağının artırılması, onların cəmiyyətə inteqrasiyasına dəstək verilməsindən ibarətdir.

 

Agentliyin reabilitasiya mərkəzlərində xidmətlərə cəlb edilən əlilliyi olan şəxslər üçün nəzərdə tutulan bu layihə 3 ay müddətində Dənizkənarı Milli Parkda təşkil olunacaq. Layihə Heydər Əliyev Fondunun dəstəyi, Dənizkənarı Bulvar İdarəsinin təşkilati dəstəyi və "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilir.

 

Qeyd edək ki, əl velosipedləri əzələlərin aktivliyini artırır, qan dövranını yaxşılaşdırır, stressin azalmasına, əhvalın yüksəlməsinə və özünə inamın artmasına səbəb olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır