Respublika Klinik Xəstəxanasında nadir cərrahi əməliyyat uğurla icrа olunub
06.07.2025 17:47

Pasiyent qida qəbulu zamanı ehtiyatsızlıq nəticəsində iri ölçülü sümük udub. Bir neçə gün sonra boyun və döş qəfəsinin arxa nahiyəsində intensiv ağrılar yaranmasına baxmayaraq, tibbi yardım üçün heç bir xəstəxanaya müraciət etməyib. Ağrılar şiddətləndikdən sonra Bakının bir çox xəstəxanalarına müraciət edilsə də, pasiyentin vəziyyətinin ağırlığı səbəbilə qəbul edilməyib.

 

Respublika Klinik Xəstəxanasından Aztibb.az-a bildirilib ki, pasiyent ağır ümumi vəziyyətdə Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə hospitalizasiya olunub. Pasiyentə həkim-anestezioloq-reanimatoloqlar Türkan Nəbiyeva, Cəmilə Səfərova və Nəsibov Rasim tərəfindən 24/7 rejimdə nəzarət göstərilib. Aparılan müayinələr nəticəsində qida borusunda yad cisim, qida borusunun perforasiyası və mediastinit diaqnozu təsdiqlənib.

 

Pasiyent təcili şəkildə ümumi narkoz altında əməliyyata götürülüb. Əməliyyat Respublika Klinik Xəstəxanasının baş həkimi, professor Sahib Hüseynovun operatorluğu, həkim-ümumi cərrah Bayram Bayramovun iştirakı ilə icra olunub.

 

Əməliyyat zamanı həm boyun, həm də döş qəfəsi nahiyələrindən kəsik aparılaraq, boyun nahiyəsində irinli möhtəviyyat aşkarlanıb. Sol döş qəfəsi açıldıqdan sonra qida borusunda perforasiya (dekorativ dəlik) aşkarlanıb və yad cisim çıxarılıb. Döş boşluğundan çoxlu miqdarda virulent infeksiyalı irinli möhtəviyyat xaric edilib. Həm boyun, həm də döş boşluğu adekvat şəkildə drenaj olunub.

 

Hazırda pasiyentin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir, intensiv həkim nəzarəti altında müalicəsi davam etdirilir.

 

Pasiyent və yaxınları göstərilən yüksək tibbi xidmət və peşəkarlığa görə professor Sahib Hüseynov, Bayram Bayramov, Türkan Nəbiyeva, Cəmilə Səfərova, Nəsibov Rasim başda olmaqla bütün həkim heyətinə, yaradılan şəraitə görə TƏBİB-ə və xəstəxananın direktoru Elviz Qasımova təşəkkür ediblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır