Vaksinasiya xidmətlərinin gücləndirilməsi məqsədilə təlimlər keçirilib
06.07.2025 13:30

Azərbaycanda peyvənd xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən ölkə miqyaslı təlim proqramı uğurla yekunlaşıb.

 

TƏBİB, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə Ölkə Ofisinin (World Health Organization Azerbaijan) birgə təşkilatçılığı ilə keçirilən bu təşəbbüs çərçivəsində ölkənin müxtəlif bölgələrindən 200-ə yaxın immunizasiya üzrə menecer təlimə cəlb olunub.

 

Aztibb.az bu barədə TƏBİB-ə istinadla xəbər verir.

 

17 aprel 2025-ci il tarixində Bərdə rayonunda başlayıb, daha sonra Bakıda davam etdirilən altı mərhələdən ibarət olan iki günlük sessiyalarda İlkin Səhiyyə Xidmətləri üzrə rəhbərlər və Gigiyena və Epidemiologiya Mərkəzlərinin nümayəndələri iştirak edib. Təlim kursunun əsas məqsədi uşaqların immunizasiyası üzrə yenilənmiş təlimatın gündəlik praktikaya tam inteqrasiyasını təmin etmək olub.

 

İştirakçılar peyvəndin əhəmiyyəti, ictimai tərəddüdlərə elmi sübutlara əsasən effektiv cavab verilməsi, vaksinlərin təhlükəsiz şəkildə tətbiqi və saxlanılması, eləcə də və hesabatlılıq kimi mövzularda həm nəzəri, həm də praktiki biliklər əldə edib. Təlimlər gecikmiş peyvənd cədvəli, peyvəndləmə əhatəsi faizinin hesablanması kimi real praktik nümunələr üzrə qrup işləri və yerli kontekstə uyğun müzakirələrlə zənginləşdirilib.

 

ÜST-nin Azərbaycan üzrə nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb:

 

"İnanıram ki, əldə etdiyiniz biliklər sizə immunizasiya xidmətlərinin keyfiyyətli idarə edilməsində yardımçı olacaq və ailələrlə daha effektiv ünsiyyət qurmaqla peyvənd əhatəsini genişləndirə biləcəksiniz.”

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova da çıxışında immunizasiyanın ictimai sağlamlığın təməli olduğunu qeyd edib:

 

"Bu kimi təlimlər və birgə əməkdaşlıq ümumi səhiyyə strategiyamızın tərkib hissəsi olan immunizasiya proqramımızı gücləndirir. Uşaqların immunizasiyası üzrə yeni təlimat səhiyyə müəssisələrinə fəaliyyətini yenilənmiş və beynəlxalq tövsiyələrə uyğun qaydalara əsasən təşkil etməsinə dəstək olacaq."

 

TƏBİB-in İlkin Səhiyyə Xidməti Departamentinin rəhbəri Rəşad Çobanlı çıxışında bildirib:

 

“Bu təlimlər səhiyyə işçilərinin bilik və bacarıqlarını artırmaqla TƏBİB-in əsas prioritetlərindən biri olan əhalinin keyfiyyətli və əlçatan vaksinasiya xidmətləri ilə əhatə olunmasına xidmət edir. Ümid edirəm ki, peşəkar kadr potensialı və təkmilləşdirilmiş idarəetmə mexanizmləri əsasında daha məqsədyönlü və effektiv tədbirlər həyata keçirə biləcəyik. Nəticə etibarilə, peyvəndlə əhatə dairəsinin daha da genişləndirilməsinə nail olacağıq.”

 

Təlimlərdən sonra iştirakçıların əldə etdikləri bilik və bacarıqların gündəlik praktikaya tətbiqini izləmək məqsədilə monitorinqlərin keçirilməsi də planlaşdırılıb. Bu, nəticələrin qiymətləndirilməsinə və əlavə dəstək ehtiyaclarının müəyyənləşdirilməsinə imkan verəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır