Yeni Klinika mütəxəssisləri Polşada keçirilən EFNR-ESO-SAP-E Beynəlxalq Reabilitasiya Kursunda iştirak ediblər  
04.07.2025 10:45
Yeni Klinika mütəxəssisləri – fizioterapevt-reabilitoloq Fatimə Mehtizadə və loqoped Nərmin Rüstəmova Polşanın Varşava şəhərində keçirilən EFNR-ESO-SAP-E Beynəlxalq Reabilitasiya Kursunda iştirak ediblər.
 
Klinikadan Aztibb.az-a bildirilib ki, European Stroke Organization (ESO) və European Federation of Neurorehabilitation (EFNR) tərəfindən təşkil edilən kurs insult sonrası reabilitasiya sahəsində ən son elmi yeniliklərin və klinik təcrübələrin paylaşılmasına həsr olunub. Tədbirdə afaziya, disfagiya, motor pozuntular və koqnitiv funksiyaların bərpası mövzularında interaktiv təlimlər və müzakirələr aparılıb.
 
Yeni Klinikanın mütəxəssislərinin bu cür nüfuzlu beynəlxalq platformalarda iştirakı, klinikamızın reabilitasiya xidmətlərinin elmi əsaslarla inkişaf etdirilməsi və beynəlxalq müalicə protokollarının yerli praktikalara inteqrasiyası baxımından əhəmiyyətli addımdır.
 
Eyni zamanda, bu kimi nüfuzlu beynəlxalq kurslarda iştirakımız, pasiyentlərimizə göstərilən xidmətin keyfiyyətinin artırılmasına, müalicə prosesində multidisiplinar yanaşmanın tətbiqinə, dünya standartlarına uyğun müasir reabilitasiya metodlarının və hər bir pasiyentin fərdi ehtiyaclarına uyğun kompleks yanaşmaların həyata keçirilməsinə verdiyimiz önəmin göstəricisidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır