Uşaqlarda diş çürüməsinin əsas səbəbi məlumatsızlıqdır - TƏDQİQAT  
07.07.2025 09:18

Uşaqlıq dövründə diş çürüməsinin əsas səbəbləri arasında valideynlərin ağız sağlamlığı haqqında məlumatlarının kifayət qədər az olması və stomatoloji xidmətlərə məhdud çıxışdır.

 

Aztibb.az xarici saytlara istinadla xəbər verir ki, araşdırmanın nəticələri “Child: Care, Health and Development” elmi jurnalında dərc olunub.

 

Müalicə edilməyən diş uşaqların həyat keyfiyyətinə mənfi təsir göstərir, kəskin ağrılar, sepsis və diş itkisi kimi ağır fəsadlara səbəb ola bilər. Bu hallar, xüsusilə uşağın qidalanma və nitq inkişafı baxımından ciddi əngəllər yaradır.

 

Tədqiqatçılar bildirib ki, cəmiyyətdə süd dişlərinin daimi dişlərə nisbətən daha az əhəmiyyətli olduğu barədə yanlış təsəvvür mövcuddur. Halbuki süd dişləri uşağın qidalanması və danışığı üçün mühüm əhəmiyyət kəsb edir və 10-12 yaşa qədər ağızda qala bilər. Bundan əlavə, süd dişlərindəki çürümə prosesləri daimi dişlərə də sirayət edə bilər ki, bu da gələcəkdə ümumi sağlamlıq vəziyyətinə təsir göstərə bilər.

 

Aparılan araşdırma xüsusilə, Qərbi Avstraliyanın kənd və region ərazilərində yaşayan əhalinin stomatoloji xidmətlərə çıxış imkanlarının məhdud olduğunu üzə çıxarıb. Bununla yanaşı, valideynlər arasında ağız gigiyenası və pəhrizlə bağlı qeyri-dəqiq və ziddiyyətli məlumatların yayılması da əsas maneə kimi qeyd olunur. Araşdırma göstərib ki, valideynlərin əksəriyyəti qazlı içkilərin dişlərə zərərli olduğunu bilsə də, qurudulmuş meyvə və yoğurt kimi məhsulların boşluq riski yaratdığı barədə məlumatlı deyil. İştirakçıların yalnız 26 faizi uşaqlarının dişlərini gündə iki dəfə fırçaladıqlarını, 70 faizi isə ümumiyyətlə, diş fırçalama vərdişinə sahib olmadıqlarını etiraf ediblər. Həmçinin, diş ipindən istifadə barədə məlumat səviyyəsi son dərəcə aşağıdır.

 

Ağız gigiyenasına dair vərdişlər erkən yaşlardan formalaşdırılmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır