Respublika QİÇS-lə Mübarizə Mərkəzi Gəncə Tibb Kollecində maarifləndirmə aksiyası keçirib  
03.07.2025 15:32
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə Gəncə Tibb Kollecində “Özünü QİÇS-dən qoru” adlı maarifləndirmə aksiyası keçirilib və İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə bağlı müayinə aparılıb.
 
Bu məlumat Aztibb.az-a RQMM-dan verilib.
 
Bildirilib ki, kollecin tələbə və müəllim heyətinə sağlamlığa ciddi təhlükə olan İİV və QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) haqqında məlumat verilib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə regional laboratoriyasının mütəxəssisi xəstəlik və virusun yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi ilə bağlı təqdimatla çıxış edib. Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
 
Mütəxəssisə ünvanlanan fərdi suallar cavablandırılıb. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır