Azərbaycanda nadir xəstəliklərə yoluxanların sayı açıqlanıb  
03.07.2025 13:42

Ötən il Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən beş xəstəlik növünə yoluxma qeydə alınıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

 

Qeyd olunub ki, 2024-cü ildə ən çox yoluxma halı exinokokkoz (parazitar xəstəlik, əsasən tüklü heyvanlardan insanlara keçir və qaraciyər, ağciyər və digər orqanlarda kistlərin əmələ gəlməsinə səbəb olur) xəstəliyində rast gəlinib:

"Ən çox yoluxma halı 33 nəfər olmaqla exinokokkoz xəstəliyində rast gəlinib. 10 nəfərdə cüzam (xroniki infeksion xəstəlik), 11 nəfərdə visseral, 16 nəfərdə dəri leyşmanioz (insanlar və məməlilərə əsasən mığmığaların dişləməsi yolu ilə yoluxan protozoan xəstəlik), 2 nəfərdə isə quduzluq aşkarlanıb".

 

Xatırladaq ki, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı Səhiyyə Nazirliyi tərəfindən tənzimlənir. Son dəyişikliyə əsasən, siyahıda yer alan dərmanların sayı 123-ə çatıb.

 
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Oromandibulyar distoniya nədir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə