Niyə bu orqanımızda xərçəng yaranmır?
06.07.2025 13:08

Xərçəng bir çox insanın qorxulu yuxusudur. Bu xəstəlik  demək olar ki, bütün orqanlara təsir edə bilir: ağciyərlər, qaraciyər, böyrəklər, beyin və s. Lakin maraqlıdır ki, bu qədər geniş yayılan xəstəliyə  ürəkdə rast gəlinmir. Bəs bunun səbəbi nədir?

 

Aztibb.az xəbər verir ki, "Ürək xərçəngə qalib gəlir" fikri poetik səslənsə də, elmi cəhətdən doğru anlayışdır. Əslində, o, xərçəngə qalib gəlmir, orada şişin bölünməsi üçün uyğun mikroətraf yoxdur. Birbaşa ürəkdən başlayan şişlərə çox nadir hallarda rast gəlinir. Bunun da bir neçə elmi səbəbi var. Əsas faktorlardan biri ürək hüceyrələrinin bölünməməsidir ki, bu da xərçəngin əsas prinsipidir. Yetkin insanın ürəyində isə demək olar ki, bu hüceyrələr bölünmür və çoxalmır. Bu da mutasiya ehtimalını azaldır. İkinci faktor isə  ondan ibarətdir ki, ürək güclü qan dövranına malikdir və bu toksinlərin, zərərli maddələrin orada yığılmasına imkan vermir. Ürəkdə epitel toxumalara çox az təsadüf olunur. Ən çox rast gəlinən xərçəng növləri də epitel hüceyrələrində törəyir. Ürəkdə əzələ və birləşdirici toxumanın çox, epitel hüceyrənin az olmasına görə orada şiş yarana bilmir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır