Erkən yatmaq ertəsi gün fiziki aktivliyi artırır
04.07.2025 08:47

Avstraliyanın Monaş Universitetinin rəhbərliyi altında həyata keçirilən yeni tədqiqat yuxu vaxtının fiziki fəaliyyət səviyyələri ilə əhəmiyyətli şəkildə əlaqəli olduğunu ortaya qoyub.

 

Aztibb.az xəbər verir ki, “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunan araşdırma daha erkən yatmağın ertəsi gün orta və yüksək intensivlikli fiziki fəaliyyətin artması ilə əlaqəli ola biləcəyini göstərir.

 

Araşdırma çərçivəsində təxminən 20 min iştirakçı bir il ərzində “WHOOP” adlı biometrik cihaz taxaraq ümumilikdə altı milyon gecəyə dair yuxu və fiziki fəaliyyət məlumatları toplanıb. Cihaz vasitəsilə əldə olunan obyektiv göstəricilər həm yuxu müddəti, həm də fiziki aktivlik səviyyələrinə dair geniş məlumat təqdim edib.

 

Tədqiqat nəticələri göstərib ki, daha erkən yatağa gedən iştirakçılar daha yüksək fiziki fəaliyyətlə məşğul olurlar. Məsələn, axşam saat 21:00 radələrində yatan şəxslər gecə saat 1:00-dək oyaq qalanlarla müqayisədə gündəlik orta və ya yüksək intensivlikli fiziki fəaliyyətə təqribən 30 dəqiqə daha çox vaxt ayırırlar. Hətta gecə saat 23:00-da (nümunənin orta yuxu vaxtı) yatanlarla müqayisədə belə, 21:00-da yatan şəxslər gündəlik əlavə 15 dəqiqə fiziki aktivlik nümayiş etdirirlər.

 

Monaş Universitetinin Psixoloji Elmlər Məktəbindən baş tədqiqatçı doktor Joş Leota bildirib ki, bu nəticələr gec yatmağa meyilli şəxslərin standart iş qrafikləri ilə uyğunlaşmaqda çətinlik çəkdiyini göstərir: “9-dan 5-ə qədər olan tipik iş rejimləri, axşam tipli insanların təbii yuxu ritmləri ilə ziddiyyət təşkil edə bilər. Bu da yuxu keyfiyyətinin pisləşməsi və gündüz yuxululuğunun artması ilə nəticələnir. Sözügedən amillər ertəsi gün fiziki aktivlik üçün motivasiyanın və imkanın azalmasına səbəb ola bilər”, – deyə dr. Leota vurğulayıb.

 

Əlavə qiymətləndirmə isə ABŞ-da “Hamımız tədqiqat proqramı” çərçivəsində 6 min nəfərlik nümunə üzərində aparılıb. Bu analiz əsas nəticələri təsdiqləyərək fərqli populyasiyalar arasında da bu əlaqələrin keçərli olduğunu göstərib.

 

Digər əsas müəllif Eliz Feyserə görə yuxu müddətini sabit saxlamaqla yanaşı, daha erkən yatmaq ertəsi gün fiziki aktivlik ehtimalını artırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır