Heydər Əliyev adına Hərbi İnstitutda QANVERMƏ AKSİYASI
02.07.2025 11:59

Azərbaycan Milli Müdafiə Universitetinin dəstəyi, Respublika Qan Bankı və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi İnstitutda növbəti könüllü qanvermə aksiyası təşkil olunub.

 

Bu barədə Aztibb.az-a Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzindən xəbər verilib.

 

Tədbir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Rəsmi hissədə çıxış edən Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini, Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov, Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli yoldan, Heydər Əliyev adına Hərbi İnstitutun yetişdirdiyi qəhrəman zabitlərdən söz açaraq, keçirilən qanvermə aksiyasının humanitar və mənəvi əhəmiyyətindən bəhs edib.

 

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsul çıxışında qan donorluğu mədəniyyətinin təbliği, irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərə göstərilən dövlət qayğısı və bu missiyada hərbi qulluqçuların xüsusi rolunu vurğulayıb. O, donor adını qazanan bütün zabit və kursantlara, eləcə də tədbirin təşkilinə xüsusi diqqət ayıran Azərbaycan Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülova təşəkkürünü bildirib.

 

Tədbirdə digər çıxış edənlər – iki şəhid bacısı, həkim, Qan Donorluğunun İnkişafı Mərkəzinin sədr müavini Məhəbbət Paşayeva, şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri Niyaməddin İbrahimov və Qan Donorluğunun İnkişafı Mərkəzinin icraçı direktoru Kamil Hüseynov da aksiya ilə bağlı fikirlərini bölüşüblər.

 

Qanvermə aksiyasından sonra isə iştirakçılar üçün konsert proqramı təqdim olunub. Konsertdə Mərkəzin fəxri üzvüləri - Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Səlim Abbasov, şəhidlərə həsr olunmuş yüzlərlə mahnının müəllifi bəstəkar Ruslan Səfəroğlu, gənc ifaçılar Aytac Süleymanlı, Rəvan Qarayev, Xalq Ulduzu layihəsinin qalibi Anar Nəbiyev və eşitmə və danışma məhdudiyyətli şəxslərdən ibarət “Danışan Mələklər” qrupu səhnəyə çıxıblar.

 

Bir qrup donorlara və fəxri iştirakçılara AQDİM-nin rəsmi tərəfdaşı olan Sağlam Ailə Tibb Mərkəzi tərəfindən hədiyyələr təqdim olunub.

 

Tədbir “Sarı Gəlin” rəqs qrupunun rəqs nömrəsi ilə yekunlaşıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib