Yanğın tüstüsü immun sistemində zərərli və uzunmüddətli dəyişikliklər yaradır  
06.07.2025 11:39

Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri tərəfindən aparılan yeni tədqiqat göstərib ki, meşə və struktur yanğınlarından yaranan tüstü sağlam fərdlərdə belə immun sistemində ciddi və davamlı dəyişikliklərə səbəb ola bilər.

 

Aztibb.az www.sciencedaily.com-a istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Nature Medicine” jurnalında dərc olunub.

 

Professor Kari Nadeau və Dr. Con Rokun rəhbərliyi ilə aparılan bu araşdırma yanğın tüstüsünün təkcə tənəffüs və ürək-damar sağlamlığına deyil, eyni zamanda, immun sisteminə də hüceyrə səviyyəsində təsir etdiyini sübuta yetirir. Tədqiqatçılar tüstüyə məruz qalan və qalmayan, sağlam, immunomodulyator dərmanlar qəbul etməyən iki qrup yetkinin qan nümunələrini müqayisə ediblər. Tədqiqatda 31 nəfər tüstüyə məruz qalan (yanğınsöndürənlər və mülki şəxslər) və 29 nəfər məruz qalmayan şəxslər iştirak ediblər.

 

Tüstüyə məruz qalan şəxslərdə yaddaş CD8+ T hüceyrələrində və kemokin reseptor biomarkerlərində artım aşkarlanıb. Bu hüceyrələr iltihab və immun reaksiyalarla birbaşa əlaqəlidir. Eyni zamanda tüstüyə məruz qalan şəxslərdə allergiya və astma ilə bağlı 133 gen ifadəsində dəyişikliklər müşahidə olunub. Əlavə olaraq, bu şəxslərin immun hüceyrələrində civə və kadmium kimi zəhərli metallar aşkarlanıb.

 

Baş tədqiqatçı Meri Consonun sözlərinə görə, bu nəticələr immun sisteminin yanğın tüstüsü kimi ətraf mühit faktorlarına nə dərəcədə həssas olduğunu sübut edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır