Hacıqabul RMX-nın təcrübəli mama-ginekoloqu Mətanət Əliyeva - Həkimlərimizi tanıyaq!
03.07.2025 09:14
Həkim-ginekoloqlar qadın həyatının müxtəlif dövrlərində qadın sağlamlığının qorunması məsələləri ilə məşğul olan dəyərli və peşəkar insanlardır.
 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında təqdim edəcəyimiz həmin insanlardan biri də Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının mama-ginekoloqu Əliyeva Mətanət Aydın qızıdır.
 
O, 12 aprel 1961-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə Müalicə profilaktika fakültəsinə qəbul olunub və 1984-cü ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1984–1985-ci illərdə Bakı şəhər 3 saylı Klinik Xəstəxanasında ümumi cərrahiyyə üzrə internatura keçib.
 
Mətanət Əliyeva 1985–1991-ci illərdə təyinatla Qazıməmməd (indiki Hacıqabul) şəhər xəstəxanasında ümumi cərrah kimi fəaliyyət göstərib.
 
1992-ci ildə ixtisas dəyişmə kursunu başa vuraraq mama-ginekoloq ixtisasını əldə edib.
 
1992–1997-ci illərdə Bakı şəhəri Ələt qəsəbəsində yerləşən 32 saylı poliklinikada həkim mama-ginekoloq vəzifəsində çalışıb. 1997-ci ildən Hacıqabul RMX-da həkim mama-ginekoloq kimi fəaliyyətini davam etdirir.
 
O, peşə fəaliyyəti dövründə dəfələrlə ixtisasartırma kurslarında iştirak edib və sertifikasiya imtahanlarından yüksək nəticələr əldə edib.
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub