Yayda burun-boğaz əməliyyatı etdirmək olarmı?
01.07.2025 15:54
“Yayda burun-boğaz, qulaq əməliyyatı etdirmək olmaz” deyə bir mif gəzir. Bu, tamamilə yanlış fikirdir. Sovet dövründə istirahətə gedən həkimlərin uydurduğu fikirdir. Yay xüsusən burunda əməliyyat keçirilməsi üçün əks göstəriş deyil.
 
Bu barədə Aztibb.az-a Xətai Tibb Mərkəzinin Otorinolarinqologiya şöbəsinin müdiri, LOR cərrahı Vahid Mehdiyev bildirib.
 
Həkim qeyd edib ki, yayda hər cür vitaminli meyvə tərəvəzlərlə qidalandığımız üçün bərpa prosesi sürətli olur. Yayda qan qışdakına nisbətən daha qatı olur ki, bu da qanaxma təhlükəsini azaldır. Temperatur rejimi bərpa dövrünə yaxşı təsir edir, reabilitasiyanı daha da sürətləndirir. Günəş təbii kollagen, elastin ifrazına təsir edərək mübadilə proseslərini fəallaşdırır. Buna görə də çapıqlar sürətlə sağalır.
 
Onun sözlərinə görə, daha bir üstünlük – sosial-psixoloji amildir. Yay həmişə istirahəti yada salır. Buna görə cərrahi müdaxilədən sonra rahatlıqla evdə oturmaq olar. Pasiyent aktiv həyat tərzinə davam edə də bilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır