Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda akademik Cəlal Əliyevin xatirəsi anılıb
01.07.2025 15:07

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Aztibb.az xəbər verir ki, əvvəlcə alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova akademik Cəlal Əliyevin həyat yolu, elmi və elmi-təşkilati fəaliyyəti haqqında məlumat verib, onun Azərbaycan və dünya elminə verdiyi töhfələrdən danışıb. İradə Hüseynova qeyd edib ki, 30 iyun yalnız akademik Cəlal Əliyevin doğum günü deyil, eyni zamanda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaranma tarixidir. Əsası akademik Cəlal Əliyev tərəfindən qoyulan və onun ideyaları əsasında formalaşan institut artıq 9 ildir ki, uğurla fəaliyyət göstərir.

 

Çıxışında akademik İradə Hüseynova vurğulayıb ki, Cəlal Əliyevin fotosintez və fototənəffüs proseslərinin molekulyar-genetik əsaslarının tədqiqi sahəsində apardığı araşdırmalar, əldə etdiyi nəticələr, yaratdığı çoxsaylı buğda sortları nəinki respublikamızda, həm də beynəlxalq elmi ictimaiyyətdə yüksək qiymətləndirilib. Akademikin tələbələrinin Azərbaycanda və  dünyanın müxtəlif ölkələrində əldə etdiyi nailiyyətlər onun yaratdığı elmi məktəbin qüdrətini bir daha təsdiqləyir. Bu uğurlar isə  məhz onun müəllimlik fəaliyyətindəki yüksək prinsipiallıq, tələbkarlıq, qayğıkeşlik və fədakarlıqla birbaşa bağlıdır. Qürurverici haldır ki, Cəlal müəllimin yetirmələri bu gün ölkəmizdə gənc alimlərin formalaşmasında mühüm rol oynayır, bu çətin və məsuliyyətli yolda öz ustadlarının elmi və mənəvi irsinə sadiqlik nümayiş etdirirlər.

 

Tədbirdə çıxış edən digər natiqlər də böyük alim haqqında xoş xatirələrini bölüşüb, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayıblar.

 

Tədbirin sonunda akademik Cəlal Əliyeva həsr olunmuş film nümayiş etdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır