“Beyin səssiz danışır: Neyroreabilitasiyada klinik və elmi yanaşmalar” adlı elmi seminar keçirilib
01.07.2025 12:19
Yeni Klinikada “Beyin səssiz danışır: Neyroreabilitasiyada klinik və elmi yanaşmalar” adlı iki günlük elmi seminar baş tutub.
 
Klinikadan Aztibb.az-a bildirib ki, tanınmış mütəxəssislərin iştirakı ilə keçirilən tədbirdə neyroreabilitasiya sahəsində aktual elmi-praktik məsələlər ətrafında geniş müzakirələr aparılıb.
 
Tədbirdə TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və STROK Mərkəzinin rəhbəri Pərvin Əkbərov, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapevtika kafedrasının professoru Nailə Məmmədova, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nevroloqu, tibb elmləri doktoru, professor Sədaqət Hüseynova, Hacettepe Universitetinin Fizioterapiya və reabilitasiya fakültəsinin Fizioterapiya və reabilitasiya bölməsinin professoru Dr. Muhammed Kılınç, Qazi Universitetinin Sağlıq elmləri fakültəsinin Fizioterapiya və reabilitasiya bölməsinin professoru Dr. Deran Oskay, həmçinin Türkiyədən dəvət edilmiş mütəxəssislər - Dr. Hakan Kına, Dr. Musa Güneş, Dr. Emre Söylemez, Dos. Dr. Aydın Sinan Apaydın, Dr. Kaan Altunok, Dr. Haluk Tekerlek və müxtəlif tibb müəssisələrindən qatılan digər həkim-mütəxəssislər iştirak ediblər.
 
Açılış nitqi ilə çıxış edən Nailə Məmmədova TƏBİB və Yeni Klinikanın fizioterapiya, tibbi reabilitasiya, xüsusilə də beyin problemlərinin reabilitasiyasına dair aktual məsələlərə diqqət ayırmasını, bu istiqamətdə konfrans və seminarların təşkilini olduqca sevindirici hal kimi dəyərləndirib.
 
Neyroreabilitasiyanın əsas hədəfinin müxtəlif mənşəli beyin patologiyaları olduğunu vurğulayan professor Sədaqət Hüseynova bu sahənin tibbin aparıcı istiqamətlərindən biri olduğunu qeyd edib. O, həmçinin bildirib ki, beynəlxalq təşkilatlarla, o cümlədən Ümumdünya Neyroreabilitasiya Federasiyası ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə neyroreabilitasiya sahəsində müasir metodların tətbiqi, həkimlərin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm işlər görülür.
 
Hacettepe Universitetinin professoru Muhammed Kılınç çıxışında qeyd edib ki, neyroreabilitasiya sahəsi yalnız xəstələrin funksional bərpasını deyil, eyni zamanda onların həyat keyfiyyətinin yaxşılaşdırılmasını da hədəfləyir. Beynəlxalq təcrübə və elmi əməkdaşlığın vacibliyini vurğulayan professor, TƏBİB və Yeni Klinikanın bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirdiyini bildirib.
 
Professor Deran Oskay bu cür tədbirlərin beynəlxalq əməkdaşlığı gücləndirdiyini, həmçinin fizioterapiya və reabilitasiya sahəsində müasir yanaşmaların paylaşılması üçün vacib platforma yaratdığını vurğulayıb.
Sonda çıxış edən Pərvin Əkbərov hazırda TƏBİB-in tabeliyində ən qabaqcıl və innovativ reabilitasiya mərkəzinin qurulması üçün ardıcıl və məqsədyönlü işlərin görüldüyünü qeyd edib. O, həmçinin müasir texnologiyaların tətbiqinin, peşəkar kadr potensialının və beynəlxalq əməkdaşlığın bu məqsədə çatmaqda əsas dayaqlardan olduğunu vurğulayıb. Yeni Robotik Reabilitasiya Mərkəzini bu istiqamətdə mühüm rol oynayacağını bildirib.
İki gün davam edən və beş paneldən ibarət olan seminarda həm Türkiyə universitetlərinin mütəxəssisləri – Dr. Muhammed Kılınç, Dr. Deran Oskay, Dr. Hakan Kına, Dr. Musa Güneş, Dr. Emre Söylemez, Dos. Dr. Aydın Sinan Apaydın, Dr. Kaan Altunok, Dr. Haluk Tekerlek, həm də Yeni Klinikanın həkim-mütəxəssisləri – uzman neyrocərrah Tural Əhmədov, uzman nevroloq Günel Qardaşova, uzman nevroloq Xəyalə Ağamirzəyeva, uzman nevroloq Könül Əhmədova, anestezioloq-reanimatoloq İsmayıl Əliyev, fizioterapist Səbinə Tağıyeva və uzman fizioterapist Nəzrin Əsədli çıxış ediblər.
 
Türkiyə və Azərbaycanın təcrübəli alimlərinin, tanınmış elmi simalarının və tədqiqatçılarının iştirak etdiyi seminarda travmatik beyin zədələrinin və insultun reabilitasiya aspektləri, neyroplastiklik və motor öyrənmə prinsipləri, müasir robot texnologiyalarının tətbiqi, transkranial maqnit stimulyasiyasının klinik rolu, eləcə də neyroloji xəstələrdə udma və tənəffüs bacarıqlarının bərpası, həmçinin Dağınıq Skleroz (MS) və digər kompleks nevroloji sindromların reabilitasiya yanaşmaları ətrafında elmi diskussiyalar aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır