Alimlər qədim bakteriyaların yeni antibiotiklərin yaradılmasına kömək edə biləcəyini müəyyənləşdiriblər  
01.07.2025 11:22

Hansas Knell adına Təbiət Məhsulları və İnfeksiya Biologiyası İnstitutu ilə Maks Plank Cəmiyyətinin Kimyəvi Ekologiya İnstitutunun alimləri ilk dəfə olaraq “Clostridium thermocellum anaerob” bakteriyasının istehsal etdiyi parlaq sarı rəngli YAS piqmentinin molekulyar tərkibini öyrəniblər. Məlum olub ki, bu piqment gələcəyin antibiotikləri üçün əsas rolunu oynaya bilər.

 

Aztibb.az www.eurekalert.org-a istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Angewandte Chemie International Edition” (ACIE) jurnalında dərc olunub.

 

“Clostridium thermocellum” bitkilərin hüceyrə divarlarının əsas komponenti olan sellülozu parçalamaq və onu bioyanacaq istehsalı üçün istifadə oluna biləcək şəkərə çevirmək qabiliyyəti ilə tanınır. YAS (Yellow Affinity Substance) piqmenti sellüloz liflərinə birləşərək fermentlərin onları daha səmərəli parçalamağına kömək edir.

 

Alimlər müəyyən ediblər ki, YAS piqmenti sellüksanten molekullarından ibarətdir. Bu molekulların quruluşunu spektroskopiya üsulu ilə təyin etmək mümkün olub. Eyni zamanda onların sintezinə məsul olan genetik klaster də aşkarlanıb.

 

Tədqiqatçılar üçün gözlənilməz olan isə sellüksantenlərin antibiotiklərə davamlı patogenlər də daxil olmaqla, qram-müsbət bakteriyalara qarşı antibakterial fəallıq göstərməsi olub. Bu isə həmin maddələr əsasında yeni antibakterial preparatların hazırlanması üçün perspektivlər verir.

 

“Bu sarı piqmentlər demək olar ki, yüz ildir məlum idi, lakin onların dəqiq quruluşu indiyədək sirr olaraq qalırdı. İndi biz onların ekoloji funksiyalarını, o cümlədən sellülozu rəqiblərdən qoruma funksiyasını daha dərindən öyrənə bilərik”, – deyə tədqiqatın həmmüəllifləri Keyşi İşida və Yana Krabbe bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır