Səhiyyə Nazirliyinin nümayəndələri Gürcüstanda HPV-ya qarşı mübarizə üzrə regional forumda iştirak ediblər
01.07.2025 09:55

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunu əhatə edən regional forum keçirilib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, tədbir İnsan Papilloma Virusunun (HPV) səbəb olduğu xəstəliklərin aradan qaldırılmasına və bu istiqamətdə görülən tədbirlərin gücləndirilməsinə həsr olunub.

 

Forumun əsas məqsədi HPV infeksiyasına qarşı mübarizə yollarını, peyvəndlənmə strategiyalarını, bu sahədə son 20 ildə əldə edilmiş qlobal təcrübəni və müasir elmi yanaşmaları müzakirə etmək olub.

 

Azərbaycanı forumda Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin müdafiəsi sektorunun müdiri Aynurə Zeynalova və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Səbinə Babazadə təmsil ediblər.

 

Tədbirdə Azərbaycanla yanaşı, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və digər ölkələrin səhiyyə sahəsində aparıcı mütəxəssisləri, infeksionistlər və peyvəndləmə üzrə ekspertlər iştirak ediblər.

 

İki gün ərzində panel müzakirələri, elmi təqdimatlar və praktiki sessiyalar təşkil olunub. Forumda regionda HPV-yə qarşı mübarizənin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın vacibliyi xüsusi vurğulanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır