“Həkimlik qəhrəmanlıqdır” – Səhiyyə nazirindən Tibb Universitetinin məzunlarına çağırış
30.06.2025 21:33

İyunun 30-da Azərbaycan Tibb Universitetində (ATU) ənənəvi “Məzun Günü” qeyd olunub.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, tədbirdə tanınmış ictimai-siyasi xadimlər, səhiyyə işçiləri, universitet rəhbərliyi və digər rəsmi qonaqlar iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

 

Səhiyyə naziri Teymur Musayev açılış nitqində məzunları təbrik edərək bu günün onların həyatında unudulmaz bir tarix kimi qalacağını bildirib.

 

Nazir çıxışında ölkədə səhiyyənin inkişafı, tibb təhsilinin gücləndirilməsi istiqamətində atılan addımlardan söz açıb. O vurğulayıb ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindəndir:


“Ulu Öndər Heydər Əliyev səhiyyə sisteminin formalaşması və inkişafı üçün mühüm qərarlar verib. ATU-nun yeni tədris korpusunun inşası və ilk tədris klinikasının yaradılması da məhz onun adı ilə bağlıdır. Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın tibbi elm və təhsilə verdiyi töhfələr bu sahədə mənəvi örnəkdir.”

 

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə səhiyyə infrastrukturunun modernləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin artırılması sahəsində ciddi nailiyyətlər əldə olunub. Birinci vitse-prezident Mehriban Əliyevanın tibb işçilərinə göstərdiyi xüsusi diqqət və qayğı isə bu sahəyə verilən dəyərin təzahürüdür.

 

Sonda Teymur Musayev məzunlara müraciət edərək bildirib:
“Həkimlər gündəlik həyatın qəhrəmanlarıdır. Öz biliklərinizə arxayın olun, cəsarətli və məsuliyyətli həkimlər kimi fəaliyyət göstərin. Bu çətin, lakin şərəfli yolda sizə uğurlar arzulayıram. Bir həmkar kimi aramıza xoş gəldiniz!”

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli də çıxış edərək məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onlara universitet adını daim uca tutmağı tövsiyə edib.

 

Tədbir zamanı 2024–2025-ci tədris ilində məzun olan tələbələrin statistikası açıqlanıb. Bildirilib ki, bu il 1235 tələbə ATU-dan məzun olub. Onlardan 853 nəfəri Azərbaycan vətəndaşı, 382 nəfəri isə əcnəbidir.

 

Hazırda ATU-da Azərbaycanın milli kadrları ilə yanaşı, Türkiyə, Pakistan, Qazaxıstan, Gürcüstan və digər 45 ölkədən çoxsaylı tələbələr təhsil alır.

 

Tədbirdə çıxış edən professor-müəllim heyəti və valideynlər gənc həkimləri təbrik edərək onların bu şərəfli adı ləyaqətlə daşıyacaqlarına əminliklərini ifadə ediblər.

 

Məzunlar ənənəyə uyğun olaraq Hippokrat andı içərək əhalinin sağlamlığının keşiyində duracaqlarına söz veriblər. Fərqlənmə diplomları Səhiyyə naziri Teymur Musayev və rektor Gəray Gəraybəylinin təqdimatında sahiblərinə təqdim olunub.

 

Tədbir sənət adamlarının iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə başa çatıb. Tələbələr də səhnədə çıxış edərək tanınmış ifaçılarla birgə bayram ovqatını bölüşüblər. Universitetin hərbi fakültəsinin tələbələrinin vətənpərvərlik ruhunda ifaları tədbirə xüsusi rəng qatıb.

 

 

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub