Niyə qadınların ürəyi daha sürətli çırpınır?
06.07.2025 15:11

Uzun illərdir elm adamları kişi və qadınların ürək döyüntülərindəki fərqlə bağlı suala cavab axtarırdılar: nə üçün qadınlarda ürək döyüntüləri daha sürətli olur? Halbuki kişilərdə ürək ritminin pozulması - məsələn, qulaqcıq fibrillyasiyası (atrial fibrilasiya) daha çox müşahidə edilir.

 

Aztibb.az xəbər verir ki, Ohayo Ştat Universitetinin Veksner Tibb Mərkəzində aparılan yeni araşdırmada suala müəyyən aydınlıq gətirilib. Araşdırma göstərib ki, bu fərq ürək ritmini və aritmiya həssaslığını müəyyən edən genetik amillərlə bağlıdır. Tədqiqatçılar donorların ürəklərini tədqiq edərək sinoatrial düyünün (ürəyin sağ atriumunda yerləşən kardiostimulyator toxuma) kardiostimulyator hüceyrələrində unikal genetik quruluşları müəyyənləşdiriblər.

 

Genetik təhlillər nəticəsində cinslər arasında fərqliliklər aşkar edilib. Araşdırmalarda qadınlarda daha sürətli ürək döyüntüsünü yaradan genlərin yüksək səviyyədə olduğu ortaya çıxıb. Kişilərdə isə elektrik keçiriciliyini pozan iltihab və kollagen istehsalı ilə əlaqəli genetik şəbəkələrin daha aktiv olduğu müəyyən edilib.

 

Tədqiqatçılar düşünürlər ki, bu kəşf ürək ritminin pozğunluqlarının müalicəsində fərdiləşdirilmiş terapiya üçün yeni imkanlar yarada bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır