Onlayn sorğunun nəticələri açıqlanıb
29.06.2025 19:02

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin icra etdiyi “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” layihəsi çərçivəsində onlayn sorğu keçirilib.

 

İctimai Birlikdən Aztibb.az-a bildirilib ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

 

Sorğu vasitəsilə respondentlərin xroniki viral hepatit, insanın immunçatışmazlığı virusu (İİV/QİÇS) və vərəm xəstəlikləri barədə məlumatlılıq səviyyəsi və gözəllik salonları/bərbərxanalarda bu infeksiyalara yoluxma riskini yaradan səbəblər araşdırılıb.

 

İyun ayı ərzində keçən sorğuda 100 nəfər iştirak edib. Sorğu suallarından bir neçəsinin təhlilini təqdim edirik.

 

Respondentlərin VH, İİV, QİÇS və vərəm xəstəlikləri nədir? suallarına verdiyi cavabların müqayisəli təhlili stərib ki, 53 nəfərin QİÇS, 43 nəfərin İİV, 39 nəfərin viral hepatit və 13 nəfərin də vərəm xəstəlikləri barədə ya məlumatları yoxdur, ya da yanlış bilgilərə sahibdirlər.

 

Vərəm, İİV və viral hepatitlərin yoluxma yolları?suallarına verilən cavabların müqayisəli təhlili göstəribki, respondentlərdən 42 nəfərin İİV, 39 nəfərin virus hepatitləri, 14 nəfərin isə vərəmin yoluxma yolları barədə ya məlumatları yoxdur, ya da yanlış bilgilərə sahibdirlər.  

 

HCV, HBV, İİV və vərəm müalicə olunurmu? suallarına verilən cavablardan məlum olub ki, respondentlərdən 43 nəfərin İİV, 42 nəfərin hepatit C virusu (HCV), 39 nəfərin hepatit B virusu (HBV), 17 nəfərin vərəmin müalicəsi ilə bağlı ya məlumatları yoxdur, ya da yanlış bilgilərə sahibdirlər.  

 

HBV, İİV və vərəmin peyvəndi varmı? suallarına verilən cavablar göstərib ki, respondentlərdən 58 nəfərin HBV, 68 nəfərin İİV, 35 nəfərin vərəm əleyhinə peyvəndin olub-olmaması ilə bağlı ya məlumatları yoxdur, ya da yanlış bilgilərə sahibdirlər.  

Beləliklə, nəticələr onu deməyə əsas verir ki, adı çəkilən təhlükəli infeksion xəstəliklər barədə daha çox maariflənməyə ehtiyac var.  

 

Qeyd edək ki, gözəllik salonları/bərbərxanalarda viral hepatitlər və İİV infeksiyasına yoluxma riski steril olmayan manipulyasiya (manikür, təraş və s.) alətlərinin zədələnmiş dəri ilə kontaktı zamanı baş verə bilər.

 

Sorğunu cavablandıran şəxslərin manipulyasiya alətlərinin sterilliyi barədə yanlış bilgiləri olub. Belə ki, respondentlərin təxminən 50 faizi alətlərin spirtlə, dezinfeksiya vasitələri ilə təmizlənməsi və ya alətlərin ultrabənövşəyi kamerada saxlanılmasını sterillik üçün kifayət etdiyini düşünüblər.  

 

Əslində gözəllik salonlarında manikür/pedikürtəraşalətlərinin təmizlənməsi hər müştəridən sonra aşağıdakı mərhələlərlə aparılmalıdır:

1. Alətlərin dezinfeksiya (kimyəvi təmizləmə) mərhələsi - alətlər dezinfeksiyaedici məhluldatəlimatda göstərilən müddət ərzində saxlanılır.
2. Mexaniki təmizləmə mərhələsi - alətlər axar isti və ya ilıq suda fırçayla sabun məhlulu ilə yuyuluryaxalanır. Daha sonra alətlər havada və ya xüsusi cihazda tam qurudulur və kraft-paketlərə yerləşdirilir.

Qeyd: Dezinfeksiya və mexaniki təmizləməni birgə Ultrasəs vanna cihazında da etmək olur.

3. Sterilizasiya (fiziki təmizləmə) mərhələsi - içində alətlər olan kraft-paket fiziki olaraq quru istilik sterilizator və ya avtoklavda təlimatda qeyd olunan vaxt və dərəcə tələblərinə uyğun (avtoklavda 120°С-də 45 dəq., quru istilik sterilizatorda 180°С-də 60 dəq.) olmaqla sterilizə olunur.
4. Sterilizasiya bitdikdən sonra isə alətləri paketlərdən çıxarmadan UV kamerada saxlanılması tövsiyə olunur.

 

Sorğu bitdikdən sonra respondentlərin e-poçt ünvanlarına viral hepatitlər, İİV/QİÇS və vərəm xəstəlikləri haqqında, həmçinin salonlarda bu infeksiyalara yoluxma riskini yaradan səbəblər və alətlərin sterilizasiyabarədə əsas məlumatlar göndərilib.

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir