Araşdırma: Veyplər siqaretlərdən daha təhlükəlidir
28.06.2025 16:48

Kaliforniya Universitetinin alimləri birdəfəlik elektron siqaretlərlə bağlı həyəcanlı faktlar açıqlayıblar.

 

Aztibb.az-ın xəbərinə görə, bu barədə araşdırma ACS Central Science (ACS CS) elmi jurnalında dərc olunub.

 

Mütəxəssislər müəyyən ediblər ki, bir günlük istifadə zamanı bəzi veyplər 20 qutu adi siqaretdə olandan daha çox qurğuşun buraxa bilər. Buxarlarda kanserogen nikel və sürmə də aşkar edilib və onların konsentrasiyası hər yeni üfürmə ilə artır.

 

Tədqiqata rəhbərlik edən professor Brett Poulin deyib: “Nəticələrimiz bu cihazların, xüsusən də onların əsas istehlakçıları olan yeniyetmələr və gənclərin gizli təhlükələrini göstərir”.

 

Yeddi məşhur veyp modeli ilə bir sıra testlər apardıqdan sonra tədqiqatçılar zəhərli metalların mayeyə həm cihazın komponentlərindən, həm də qızdırıcı batareyalardan daxil olduğunu aşkar ediblər.

 

Yoxlanılan cihazlardan üçünün nikel səviyyəsi kanserogen risk həddini, dördü isə neyrotoksiklik həddini keçib. Bu cür veyplərin müntəzəm istifadəsi xərçəng, sinir sisteminə zərər və tənəffüs xəstəliklərinin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır.

 

Eyni zamanda, dünyanın bir çox ölkələrində qadağalara baxmayaraq, bu məhsullar istehlakçılar bu məhsulu asanlıqla əldə ediblər.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır