Böyük Britaniyada yaşayan azərbaycanlı həkim nüfuzlu cəmiyyətin üzvü olub
28.06.2025 11:21

Azərbaycanlı həkim İlhamə Cəfərli Böyük Britaniyada nüfuzlu Təhsil üzrə Peşəkarlar Cəmiyyətinə (“Worshipful Company of Educators”) üzv qəbul olunub. Cərrahiyyə sahəsindəki beynəlxalq nailiyyətlər və təhsilə verdiyi töhfələr onun bu mötəbər cəmiyyətə üzvlüyünü təmin edib.

 

Aztibb.az xəbər verir ki, təqdimat mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov və səfirliyin birinci katibi Rasim Məmmədov iştirak ediblər.

 

Təhsil üzrə Peşəkarlar Cəmiyyətinə üzv olmaq ciddi meyarlar əsasında həyata keçirilir. Cəmiyyətə müvafiq sahənin inkişafına töhfə verən, xeyriyyəçilik və ictimai fəaliyyətlə fəal məşğul olan şəxslər seçilirlər. Üzvlər əvvəlcə “Freeman”, daha sonra isə tamhüquqlu “Liveryman” statusu əldə edə bilirlər.

 

Təhsil üzrə Peşəkarlar Cəmiyyəti “livery” şirkətlərinə aiddir. Bu şirkətlər Londonun iqtisadi və ictimai həyatında, xüsusilə təhsil və xeyriyyəçilik sahələrində mühüm rol oynayır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır