Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Dövlət Bayrağı Muzeyində “Zəfər Qalereyası”nı ziyarət edib  
25.06.2025 15:27
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavinləri - t.ü.f.d. İsmayıl Əfəndiyev, Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev və əməkdaşlar 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Dövlət Bayrağı Muzeyini ziyarət edərək bayrağımız və hərbi tariximizə dair eksponatlarla yaxından tanış olublar.
 
Bu məlumat Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilib.
 
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti muzeyin “Zəfər Qalereyası” adlı xüsusi zalını diqqətlə izləyərək, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaət, şəhidlərimizin qəhrəmanlığı və Müzəffər Ordumuzun qazandığı tarixi Qələbəni əks etdirən ekspozisiyalarla yaxından tanış olublar. Zəfər ruhunu əks etdirən bu bölmədə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən mübarizənin hər mərhələsi sənədli materiallar, fotoşəkillər və tarixi eksponatlar vasitəsilə geniş təqdim olunub.
 
Qalereyada Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda Dövlət Bayrağının ucaldılması anlarını və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümünə həsr olunmuş hərbi paradın fotolarını əks etdirən ekspozisiyalar xüsusi maraq doğurub. Burada, həmçinin Ümummilli Lider Heydər Əliyevə həsr olunan xatirə medalları və poçt markaları, dövlətimizin ali orden və medalları, Vətən müharibəsinə həsr olunmuş mükafatlar və dünyanın ən uca zirvələrində qürurla dalğalanan Dövlət Bayrağımız da nümayiş etdirilir.
 
Muzeyin bələdçisi nümayəndə heyətinə Dövlət Bayrağı Muzeyinin yaranma tarixi, fəaliyyəti və burada sərgilənən eksponatlarla bağlı ətraflı məlumat verib. Tədbirin sonunda ziyarət proqramı çərçivəsində Dövlət Bayrağı Muzeyinin kino zalında “Azərbaycan Ordusu – Güc və Qürur Mənbəyimiz” adlı sənədli filmin nümayişi olunub. Film vasitəsilə ziyarətçilərə müasir Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu, Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələri və hərbi gücümüzün milli qürur mənbəyi kimi rolu əyani şəkildə təqdim edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır