Rusiyadan gələn mama-ginekoloq Yeni Klinikada təcrübə proqramını uğurla tamamlayıb  
25.06.2025 13:22
TƏBİB Akademiyasının beynəlxalq təcrübə proqramı çərçivəsində Rusiya Federasiyasının Tümen şəhərində fəaliyyət göstərən cərrah-mama-ginekoloq Tahmina Ağakişiyeva Yeni Klinikanın Mama-ginekologiya şöbəsində iki həftəlik təcrübə proqramında iştirak edib.
 
Aztibb.az-a Yeni Klinikadan verilən məlumata görə, proqram çərçivəsində Dr.Tahmina Ağakişiyeva klinikanın qabaqcıl mütəxəssisləri ilə yanaşı, praktik bilik və bacarıqlarını təkmilləşdirmək imkanı qazanıb. Təcrübə müddətində klinikanın gündəlik fəaliyyətində yaxından iştirak edən mütəxəssis proqramı uğurla başa vuraraq sertifikatla təltif olunub.
 
Təcrübə proqramının bağlanış görüşü Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədovun iştirakı ilə baş tutub.
 
Görüş zamanı proqramın yüksək səviyyədə təşkili və effektiv elmi-praktiki mühitin yaradılmasına görə Ginekologiya şöbəsinin müdiri Vüsalə Əzizovaya TƏBİB Akademiyası adından təşəkkürnamə təqdim olunub.
 
Qeyd edək ki, TƏBİB Akademiyası tərəfindən həyata keçirilən bu kimi beynəlxalq təcrübə proqramları tibb sahəsində bilik və bacarıq mübadiləsinin genişləndirilməsini, regionlararası elmi əməkdaşlığın gücləndirilməsini və gənc mütəxəssislərin inkişafına dəstək verilməsini əsas hədəf kimi müəyyənləşdirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır